Azərişıq-ın bütün xidmətləri mobil telefonunuzda

17-05-2016 / 13:43

Azərişıq ASC istifadəçilərin qurumla rahat şəkildə əlaqə qurmasını təmin etmək üçün mobil tətbiqlərini istifadəyə verib.

Xeberler.az-ın məlumatına görə,  Azərişıq  mobil əlavələri istifadəçilərə rahat şəkildə elektrik enerjisindən istifadənin həcmini  görməyə, elektrik enerjisinə görə aylıq fakturaları izləməyə və bu məsələlərlə bağlı  quruma elektron müraciət etməyə imkan yaradır.

Həmçinin tətbiqlərlə elektrik enerjisi borcunu Plastik kart vasitəi ilə  onlayn ödəyə bilərsiniz.  Bundan başqa, Smart sayğac istifadəçiləri balanslarını onlayn formada öyrənə və Smart sayğaç balansının bitdiyi haqqında SMS xəbərdarlıq ala bilərlər.

 Mobil tətbiq iOS və Android versiyada istifadəçilərə təqdim olunub.

Mobil tətbiqi iOS və Android Store-lardan “Azərişıq”  yazaraq yükləyə bilərsiniz. 

 

Məltəm Talıbazadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə