“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib.
Xeberler.az məlumat verir ki, “3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib. Növbəti mərhələ üçün “Azərişıq” üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala, Balakən və sair) 2800 kilometrlik məsafədə çəkilişlər aparılıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.
3D mobil xəritə “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı həllər” konsepsiyasının baza elementlərindən biri hesab olunur. “3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazidə aparılmış çəkilişlər xüsusi proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkün olur. Eyni zamanda, həmin sistemdə şəbəkələrin texniki xüsusiyyətləri hərtərəfli əks olunduğundan, proseslərdə şəffaflıq təmin edilir, texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranır.
“3D mobil xəritə” sisteminin tətbiqi infrastrukturun yüksək dəqiqliklə qiymətləndirilməsinə və gələcək layihələrin məsafədən planlaşdırılmasına imkan verdiyindən, habelə yalnız bir prosedur nəticəsində şəbəkəyə qoşulmaq mümkün olduğundan, həmin sistemin tətbiqi “Azərişıq” tərəfindən irəliyə atılmış növbəti uğurlu bir addımdır.
Prezident İlham Əliyevin qarşıya məqsəd kimi qoyduğu “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq, Azərbaycanın bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərində “Azərişıq” tərəfindən bu texnologiyaların tətbiqi nəzərdə tutulur.
“3D mobil xəritə” sistemi ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edildiyindən, ərazilərin bu texnologiya ilə əldə olunmuş məlumatlarının gələcəkdə digər kommunal qurumlar üçün də istifadəsi əlverişli olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri