“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

03-02-2023 / 16:37

2022-ci ildə "Asan Xidmət"lə İş Departamenti tərəfindən “ASAN Xidmət", "ASAN Kommunal" və elektron qaydada 30 4426 vətəndaşa xidmət göstərilib.

Xeberler.az məlumat verir ki, bunu “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov bu gün keçirilən mətbuat konfransında deyib.

İ Yusifovun sözlərinə görə, ötən il "Azərişıq” ASC-yə “ASAN Xidmət", "ASAN Kommunal" və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə 53 minə yaxın müraciət daxil olub: "Bunlardan 45 544 əhali, 7 039 qeyri-əhali müraciətidir. Elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması 2021-ci illə müqayisə etdikdə 80 % artım müşahidə olunub.

EMIOS vasitəsi ilə "ASAN Xidmət" və "ASAN komunal" mərkəzlərində "Azərişıq" 17 növ üzrə xidmət göstərir".

"Azərişıq" rəsmisi cari il üçün xidmətlər üzrə statistikanı nəzərə catdırıb: "Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə 45 544, borcun olmaması (və ya olması) barədə sənədin verilməsi 8 300, əhali istehlakçısının ad dəyişdirilməsi üçün 50 792 müraciət icra edilib.

Qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi üçün 4 800, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi üçün 4 604, smart kartların bərpası və yenisinin verilməsinə görə 13 848, abonentin geniş tarixçəsinin verilməsi üçün 104 688 müraciət icra edilib.

Bundna əlavə qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə 7 039, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu üçün 22 109, smart karta ödənişin yüklənməsinə görə 24 463, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün 506 müraciətə baxılıb".

İ Yusifov bildirib ki, ötən il həmçinin yük hesabatının hazırlanması (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün 10 201, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsinı görə 5 813, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması üçün 18, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işlərinə görə 5, qüsurlu ödənişin bərpası üçün 1 564 və abonent kodunun PASSİV və ya AKTİV olunması üçün müraciətlərin qəbulu üçün 132 müraciət həllini tapıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə