Aztelekom-un xidmətləri ilə bağlı sorğu keçirilir

24-08-2016 / 14:02

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə təqdim edilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında sorğu keçirir.

Xeberler.az-ın məlumatına görə, sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunacaq.

İki müxtəlif auditoriyanı əhatə edən sorğu rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşlar arasında keçiriləcək.

Aztelekom MMC-nin Baş direktor vəzifəsini icra edən Suat Paşayev bildirib ki, sorğunu keçirməkdə əsas məqsəd rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etməkdir:

“ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas şərt kimi irəli sürüb. Nazirliyin tapşırığına uyğun olaraq rabitə birlik müəssisələri ilk öncə mövcud problemləri müəyyənləşdirməli və daha sonra onu aradan qaldırmalıdır. Aztelekom MMC olaraq biz mövcud problemi vətəndaşın özündən öyrənməyə çalışırıq. Sorğu keçirilməsi yolu ilə rabitə və internet xidmətlərindən istifadə zamanı vətəndaşların üzləşdikləri problemləri və ya telekommunikasiya xdmətlərindən istifadə etməmə səbələrinin aydınlaşdıracağıq. Bu üsul problemlərin aradan qaldırılmasında bizə kömək edəcək. Sorğunun nəticələri analiz edildikdən sonra biz növbəti mərhələ olaraq  problemlərin aradan qaldırılmasına çalışacağıq”.

Bu gün Aztelekom MMC-nin 4 rayonda keçirəcəyi sorğuda 400 vətəndaşın iştirakı nəzərdə tutulur. Sorğu başa çatdıqdan sonra nəticələr qısa müddət ərzində ictimaiyyətə açıqlanacaq.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.