Previous Next
Bağla

155 - Vahid Çağrı Mərkəzi yaradıldı

05-06-2018 14:12
155 - Vahid Çağrı Mərkəzi yaradıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi –155 yaradılıb.

Xeberler.az bildirir ki, 155 saylı Çağrı Mərkəzinə Aztelekom MMC, Bakı Telefon Rabitəsi MMC (Baktelekom), Azərpoçt MMC, Məlumat Hesablama Mərkəzi, AzEeuroTel, Azdatacom, Az.net, Bakinternet kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar.

Vahid çağrı mərkəzlərinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, qurumların resurslarından daha səmərəli istifadə, müştərilər üçün daha uyğun xidmətlərin hazırlanması, istək və müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir.

Çağrı mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt, veb-çat vasitəsi ilə cavablandırılması, elektron məktubların göndərilməsi, sorğu və anketlərin keçirilməsi, telefonla satış, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlarla əlaqə yaradılması kimi xidmətlər daxildir.

Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi, korporativ və ya xüsusi müştərilərə premium xidmətlərin göstərilməsi imkanları da mövcuddur.

Vətəndaşlara həftənin 7 günü, 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində çoxşaxəli xidmət göstərilir. Çağrı Mərkəzində hazırda 60 operator çalışır və 2018-ci ilin sonunadək onların sayının 100-dək artırılması planlaşdırılır.

Operatorlar tərəfindən ay ərzində 100 000-dək sorğu cavablandırılır.

Qeyd edək ki, sonrakı mərhələdə xidmət spektri artırılaraq əhaliyə telefon və portal vasitəsilə onlayn müxtəlif gündəlik xidmətlərin (məsələn, qida sifarişi, taksi xidməti, restoranlar, teatrlar, idman müsabiqələri haqqında məlumatların verilməsi, bilet sifarişi, çeşidli konsyerj xidmətləri və s.) göstərilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Baktelecom 2 milyona yaxın sorğu qəbul edib

07-02-2019

“Aztelekom” çağrı xidmətlərini vahid “170” Çağrı mərkəzində birləşdirir

23-02-2026

Vahid çağrı mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

23-02-2018

193 Çağrı Mərkəzi fəaliyyətini davam edir

05-07-2018

Çağrı Mərkəzi və onlayn resurslar vasitəsilə 16 mindən çox vətəndaş müraciəti cavablandırılıb

05-07-2019

İyul ayı ərzində 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub

09-08-2018

Azərbaycanda vahid çağrı mərkəzi istifadəyə verildi

28-03-2018

“881” Çağrı Mərkəzi sentyabrda 14 mindən çox müraciət cavablandırıb

09-10-2025

Vahid Çağrı mərkəzinə 5 mindən çox müraciət daxil olub

24-01-2018

“881” Çağrı Mərkəzi aprel ayında 20 minə yaxın zəngi cavablandırıb

05-05-2026

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020

“AzInTelecom”un “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib

06-06-2022

İcbari Sığorta Bürosunun “Çağrı Mərkəzi” yenilənib

08-01-2025

“Aztelekom”un Müştəri Loyallığı İndeksində müsbət 7 bal artım qeydə alınıb

12-02-2024

Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib

18-08-2025

"AzInTelecom"un Müştəri Xidmətləri 6 günlük iş rejiminə keçib

16-11-2022

Müasir çağrı mərkəzləri necə təşkil olunmalıdır?

17-04-2019

Müraciətlərə anında cavab verən Çağrı Mərkəzi fəaliyyətə başladı-Fotolar

27-07-2016

“ASAN xidmət”in Çağrı Mərkəzində 10 milyonuncu müraciət qeydə alınıb

01-07-2025

DİM-in Çağrı mərkəzi fəaliyyətə başladı

21-07-2017

Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

18-12-2024

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24-04-2026

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

08-02-2019

DOST Çağrı Mərkəzi 142-nin fəaliyyətinin 2 ili tamam olur

01-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə