Bakı-Sumqayıt qatarında bileti mobil telefonla almaq mümkün olacaq

12-09-2015 / 16:49

Bu gün Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarı istifadəyə verilib. 

Xeberler.az-ın məlumatına görə, Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında təşkil olunan açılış mərasiminə qatılıb.

 Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verib.

Yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb. Sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılıb.

Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 4 yeni platforma inşa olunub. Onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir. Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli "Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.

Qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkün olacaq.

Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlətimizin başçısına təqdim edilib.

Ümumilikdə, layihə üzrə burada 55 turniket, 10 satış köşkü quraşdırılıb. Hazırda BakuBus avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı – BakıKart-dan burada istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq.

Qeyd edək ki, sərnişin qatarında olan jurnalistlərin sözlərinə görə,  yüksək komfortu ilə seçilən qatarda Wi-Fi da var.

Prezident İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti kəsib.
 
Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün Stadler Rail Group şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçiriləcək. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər. Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. İndiyədək 60 kilometr yol əsaslı təmir olunub.
 

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.