Məlumat verdiyimiz kimi, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarı istifadəyə verilib.
Xeberler.az yeni qatarlarda sərnişinlər üçün hansı texnoloji imkanların olması ilə maraqlanıb.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Xeberler.az-a bildirib ki, sərniş qatarı Wi-Fi sistemi ilə tam edilib.
Onun sözlərinə görə, istifadəçilər qatara daxil olan kimi şifrəyə ehtiyac olmadan QSC-nin ödənişsiz Wi-Fi sisteminə qoşula bilərlər:
“İstifadəçilər yeni qatarlara daxil olanda birbaşa Wi-Fi –ya qoşula bilərlər. Qoşulmaq üçün şifrə tələb olunmur”.
Nadir Əzməmmədovun sözlərinə görə, yalnız Sumqayıtda, Ceyranbatan gölü ətrafında Wi-Fi-ya qoşulmaqda müəyyən problemlər yaşanır:
“Bu problem də internet təhcizatını həyata keçirən provayederlə bağlıdır. Hazırda bu istiqamətdə də provayderlə birlikdə fəaliyyətlər davam edir. Vətəndaşların qatarlarda internetə sürətli və keyfiyyətli çıxışını təmin etməyə çalışırıq”.
Qurum rəsmisi onu da qeyd edib ki, yeni sərnişin qatarında soyutma-istimə sistemi də yüksək səviyyədə təmin edilib.
Qatarların biznes klaslarında çay və kofe xidmətinin də olduğunu vurğulayan mətbuat katibi, həmçinin, əlillər üçün xüsusi qurğuların da quraşdırıldığını bildirib.
Qeyd edək ki, BakuBus avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı – BakıKart-dan da qatarda istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri