Belarusun rəsmiləri “Azərkosmos”da - Fotolar

02-04-2015 / 12:32

Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.

“Azərkosmos” ASC-dən Xəbərlər-ə verilən məlumata görə, səfər zamanı qonaqlara “Azərkosmos” ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib. Nazirə həmçinin Azerspace-1 peykinin idarəolunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanankanallar barədə məlumat verilib.

Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.

Görüş zamanı Azərkosmos və Belarusun peyk operatoru BELİNTERSAT arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq BELİNTERSAT-1 peykini idarəedəcək operatorunformalaşdırılmasındaAzərkosmosun təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub.

Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə Azerspace-1 peykinin modeli hədiyyə olunub.

 “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.