Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat S.A. (NYSE: I) 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq barədə strateji razılaşma imzalayıblar.
Bununla da, Azərkosmos Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün orbital mövqe əldə edib.
Xəbərlər-in məlumatına görə, iki şirkət növbəti iki il ərzində Azerspace-2 peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və peykin istehsalı və idarə olunması mərhələlərində bir-birlərinin imkan və təcrübələrindən bəhrələnəcəklər. Azerspace-2 regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı olacaq və Azərkosmosa müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək.
“Azərkosmos” ASC-nin Sədri Rəşad Nəbiyev qeyd edib: “Bizim əhatə zonamızda olan regionlarda – MDB ölkələri, Afrika və Asiya – peyk tutumlarına olan tələbat artmaqda davam edir və Azerspace-2 regionda daha geniş peyk xidmətləri göstərmək planlarımızın tərkib hissəsidir. İkinci telekommunikasiya peykimiz sayəsində biz genişzolaqlı və yayım tətbiqlərinə olan artan tələbatı qarşılamaq baxımından daha güclü mövqedə olacağıq. İntelsat ilə əməkdaşlığımız həm regionda mövqelərimizi gücləndirəcək, həm də bizə imkan verəcək ki, xidmətlərimizin əhatə zonasını effektiv şəkildə genişləndirək.”
İntelsat şirkətinin Baş icraçı direktorunun müavini Stefan Spenqler bildirib: “Azərkosmos ilə əməkdaşlığımız digər peyk operatorları ilə strateji əməkdaşlığın vacibliyinin bariz nümunəsidir. Əməkdaşlığımız bizə hazırki aktivlərimizdən istifadə etməklə tutum əldə etmək və orbital hüquqlarımızın dəyərini artırmaq imkanı verəcək. Nəticə etibarilə, Azerspace-2 sürətlə inkişaf edən Mərkəzi Avropa, Şərqi Avropa, Asiya və Sakit Okean regionlarında olan aparıcı DTH platformaları da daxil olmaqla bizim bu orbital mövqedə olan müştərilərimizin böyümək hədəflərini dəstəkləyəcək, Afrikada olan korporativ şəbəkələr üçün peyk əsaslı rabitə təmin edəcək.”
Azerspace-2-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peyki və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykini orbitə çıxarılmaqla əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.
İntelsat S.A. (NYSE: I)dünyanın peyk xidmətləri üzrə aparıcı şirkətidir. Şirkət 50 ildən çoxdur ki, media, stasionar və mobil genişzolaqlı infrastrukturlar, korporativ, dövlət və hərbi sahədən olan müştərilərə yüksək keyfiyyətli rabitə həlləri təqdim edir. Peyk sənayesində İntelsatın peyk, teleport və fiber infrastrukturunun analoqu yoxdur. Bu şirkətvideo və genişzolaqlı xidmətlərin transmissiyasının standartlarını müəyyən edir.
Xəbərlər
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri