Blokçeyin texnologiyası Avropa Birliyini dağıda bilər

31-05-2017 / 12:56

Texnologiya sektorunda sürətlə populyarlaşan kriptovalyuta (rəqəmsal valyuta) ilə bağlı maraqlı iddialar, proqnozlar yayımlanır.

Belə ki, bitcoin ilə tandığımız blokeçyin texnologiyası Avropa Birliyini belə dağıda bilər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu barədə ötən günlərdə keçirilən Avropa Mərkəzi Bankının (AMB) mətbuat konfransında bank rəhbəri Mario Draghi danışıb.

Draghi qeyd edib ki, yeni texnologiyalardan olan blokçeyinin son bir neçə illik məlumatlarına baxanda bunun Avropa bölgəsindəki ölkələrin birliyinə mənfi təsir edəcəyi görünür.

ECB-yə görə, bu texnologiya böyük bir təhdiddir. Qeyd edilir ki, vətəndaşlar arasında avronun istifadə edilməməsi avronun ortaq pul vahidi kimi ortadan qalxması ilə nəticələnə bilər.

Məlumata görə, bu da son dövrlərdə AB-dən çıxmağa hazırlaşan ölkələrin bu fəaliyyətini sürətləndirə bilər.

Ötən il İngiltərə AB-dən çıxma qərarı alıb. 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.