Blokçeyn (blockhain) texnologiyası bankların nüfuzunu yox edəcək, elektroşəbəkələrin effektivliyini yüksəldəcək, musiqi sənayesini dəyişəcək və jurnalistikanı xilas edəcək.
Xeberler.az xarici mediaya istindən məlumat verir ki, bu barədə “Blockchain Revolution” kitabının həmmüəllifi Aleks Tapskott İspaniyanın Madrid şəhərində keçirilən “Digital Business” beynəlxalq konqresində danışıb.
Tapskottun sözlərinə görə, blokçeyn texnologiyası İnternetin ikinci nəslidir.
"İnternetin əsas ideyası faylların orijinalının saxlanılması ilə yanaşı onların surətini göndərmək imkanıdır. O, nəhəng rəqəmli çap dəzgahı kimi işləyir. İnformasiya üçün çap dəzgahına malik olmaq yaxşıdır, mənfi cəhət odur ki, qurğu pulu və ya aktivləri də çap edir. Burada blokçeynə ehtiyac yaranır”.
Qeyd edək ki, blokçeyn texnologiyası rəqəmsal aktivləri izləməyə, onların orijinallığını təsdiq etməyə imkan verir, icazəsiz köçürülmənin qarşısını alır.
Valyuta əməliyyatları üçün onun necə qiymətli olduğu məlumdur. Lakin onun köməyilə həm də digər rəqəmsal dəyərlər, müqavilələr və əmlakların mübadiləsini aparmaq mümkündür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri