“21-ci əsrin bankları kriptovalyuta texnologiyası ilə qurulacaq”

06-06-2017 / 15:46

ADA Universitetində blokçeyin texnologiyası və rəqəmsal marketinq ilə bağlı təlim keçirilib.

Belə ki, təlim rusiyalı mütəxəssis Yuriy Aydarov tərəfindən 2 gün davam edib.

Qeyd edək ki, Yuriy Aydarov 15 ildən çox müəllim, təlimçi və ekspert kimi fəaliyyət göstərir. O, həmçinin  ACM, Kompüter Elmləri Birliyi və  Cryptologic Tədqiqatları üzrə Beynəlxalq Assosiasiyasının üzvüdür.

İo, hazırda Rusiyanın Perm Universitetində çalışır.

Təlimdə Azərbaycandan maliyyə sektoru, banklar və digər maraqlı tərəflərin nümayəndələri ilə yanaşı, tələblər də aktiv iştirak edib.

Fürsətdən istifadə edib Xeberler.az olaraq xarici ekspertlə kriptovalyutanın hazırdakı inkişafı, gələcək prespektivi barədə ətraflı söhbət etik.

Görəsən, elektron pul vahidi bu sahədə daha  hansı yeniliklərə gətirib çıxaracaq?

Yuriy Aydarov deyir ki, kriptovalyuta texnologiyaları birja kimi bir çox sahələrdə yeniliklər etməyə davam edəcək:

“Əlbəttə ki, zaman keçdikcə yeni texnologiyalardan istifadə edirik. Yəni, hər hansı dəyişikliklər baş verməlidir. İndi bunlara kriptovalyutalar da daxil oldu. Hazırda bu texnologiyanın istifadə edilməsi normaldır”.

Onun sözlərinə görə, Rusiyada hava nəqliyyatında də artıq bu texnologiyadan istifadə edilir. Belə ki, bununla bağlı nizamnamələr, təlimatlar dəyişdirilir:

“Məsələn, bilet alanda 40 fazidən çox məbləğ biletin qiymətinə daxil olmur. Yəni, bu faiz ola bilər ki, bank və yaxud da təhlükəsiz  xərclərinə yönləndirilsin Amma kriptovalyuta texnologiyasının tətbiqi ilə bu xərclərə xeyli qənaət etmək olur”.

Qənaət məsələsini vurğulayan ekspert hesab edir ki, bu texnologiaylardan istifadə boş yerə sərf edilən ödənişlərin qarşısını ala bilər:

“Bu növ tranzaksiyaların həyata keçirilməsi üçün xeyli həcmdə  enerjidən istifadə edilir. Bununla yanaşı, bu əməliyyatlarda əlavə xərləclərə də yol verilir. Bu yeni texnologiya bütün bu kimi əlavə xərclərin qarşısını ala bilər”.

Yuriy Aydarov bu texnologiyanın təhlükəsizlik məsələsinə də toxunub:

“Blokçeyin texnologiyasında ümumi aloqritmlərdən istifadə edilir. Yəni, bunun üçün  xüsusi alqoritm müəyyən edilməyib. Ona görə də bu alqoritmlərə də hücum ola və sistem dağıdıla bilər. Belə olan halda yeni alqoritmlərdən istifadə edilir. Bitcoin  və blokçeyin sistemi tamamilə açıq sistemdir. Yəni, hər kəsin bu sistemə girişi var. Ödənişlər də şəffaf həyata keçirilir”

O, ölkələrin bu texnologiyaya qarşı ehtiyatlı davranması məsələsinə də aydınlıq gətirib:

“Necə ki internetə nəzarət mümkün deyil, elə də Bitcoin-ə nəzarət etmək olmur. Bu texnologiyanı yoxlamaq, izləmək qeyri-mümkündür. Ona görə də bu fəaliyyətə qadağa qoymaq da olmur. Bunu texnologiyanın problemli tərəfi kimi qiymətləndirmək olar. Çünki burada əməliyyatlar anonim olaraq həyata keçirilir. Yəni, rahatlıqla bu ölkədə bitcoin alıb, digər ölkədə istifadə edə bilərsiniz. Məsələn, İsveçrədə bitcoin-ləri nağd pula çevirmək üçün artıq ATM-lər yaradılıb. Siz rahatlıqla elektron pul vahidinizi nağda çevirib, real pul kimi əlinizə götürə bilirsiniz. Çünki federal və milli büdcələrdən istifadə edib, bununla maraqlanan şəxslər pulun haradan gəlib, hara getdiyini sistemdə açıq görə bilir deyə belə şəxslər üçün bu texnologiyadan istifadə problem deyil. Yəni, anonim köçürmələrin qayğısını çəkmirlər”.

Hazırda bu kimi ödəniş variantının normal olmasını qeyd edən ekspert dünyada bütün bitcoin-lərin ümumi məbləğinin 40 milyard dollar olduğunu qeyd edib.

Yuriy Aydarov hesab edir ki, 21-ci əsrin bankları kriptovalyuta texnologiyası ilə qurulacaq.

Onun sözlərinə görə, kriptovalyutanın ən məşhur vahidi bitcoin olsa da (kriptovalyutanın ümumi 85 faizini təşkil edir) 700-ə yaxın e-pul vahidi var və onların sayı artır.

Azərbaycana gəlincə isə onun sözlərinə görə, seminarda ölkəmizin Maliyyə Nazirliyinin nümayəndələri aktiv iştirak edərək, maraqlı suallar verib:

“Ötən gün olan seminarda Maliyyə Nazirliyinin rəsmi nümayəndələri də iştirak edirdi. Mövzuya uyğun maraqlı suallar verirdilər. Görünür, Azərbaycan da bu istiqamətdə artıq işlərə başlayıb. Onlar qeyd etdi ki, bu təlimatları Azərbayacanda tətbiq etmək üçün buna uyğun qərar verəcəklər. Həmçinin tələbələr də çox aktiv idi. Onlara dedim ki, gələcəkdə profesional həyatınızda bir çox fəaliyyətlər bu texnologiya ilə bağlı olacaq”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə