Bu il İnternetdə virusların sayı kəskin artacaq

12-01-2009 / 16:00

APA-ECONOMICS: «PandaLabs» İT laboratoriyasının ekspertlərinin proqnozlarına görə, 2009-cu ildə beynəlxalq İnternet şəbəkəsində zərərverici proqram təminatlarının (virusların, qurdların, troyanların) sayı mütəmadi olaraq artacaq. Belə ki, 2008-ci ilin yanvar-avqust aylarında laboratoriyanın aşkarladığı zərərverici proqram təminatının sayı son 17 ilin analoji ümumi göstəricilərinə bərabər olub. Bu tendensiya 2009-cu ildə də davam edəcək və hətta daha da şiddətlənəcək.

«APA-ECONOMICS»in məlumatına görə, «PandaLabs»ın proqnozlarına əsasən, 2009-cu ildə zərərverici kodlar arasında bank «troyanları» və saxta antiviruslar üstünlük təşkil edəcək.
Müəyyən veb-saytlara daxil olduqda istifadəçilərin zərərverici kodlarla yoluxaraq, SQL-inyeksiyalarla zərərverici proqram təminatlarının yayılması davam edəcək. Bundan başqa, bu il klassik zərərverici kodların viruslar kimi bərpa olunması ehtimalı da var.

Bununla yanaşı, Mac OS Leopard X, Linux və ya iPhone kimi yeni platformalara yönəldilmiş zərərverici proqram təminatlarının sayının xeyli artacağı proqnozlaşdırılır. Lakin onlar təhlükələrin ümumi sayı ilə müqayisədə çox az faiz təşkil edir.
Laboratoriyanın ekspertləri aşkar ediblər ki, qiymətli kağızlar bazarında baş verən hər enmədən sonra, zərərverici kodların artımı müşahidə olunur.

Beləliklə, işsizliyin artması fonunda saxta, viruslu iş təklifləri sahəsində süni canlanma baş verir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.