Previous Next
Bağla

Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

28-12-2016 15:48
Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

Kaspersky Lab 2016-cı ilin ən problemli zərərli proqramların nə cür inkişaf etdiyini araşdırıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, 2016-cı il tarixə fərdi istifadəçilər və şirkətlərin məlumat və qurğularını “girov” götürən proqram şifrələyicilərinin və zərərli proqramların inkişafı ili kimi düşə bilər.

Kaspersky Lab şirkəti bu cür zərərli proqramlardan istifadə ilə hücumların intensivliyi son 12 ayda ən az iki dəfə, şifrələyicilərin yeni modifikasiyalarının sayı isə 11 dəfə artdığını qeydə alıb.

Troyan-şantajçıların arasında isə 62 yeni ailə yaranıb. Bundan başqa, kibercinayət aləmində sözügedən zərərverici proqramları işləyib hazırlamağa təcrübəsi və ya istəyi çatmayanlara “icarəyə vermək” anlayışı daha çox dəbə düşüb.

İlin əvvəlində Kaspersky Lab şirkətinin təqdim etdiyi həllər şifrələyicilərin hücumlarının qarşısını şirkətlərdə hər iki dəqiqədə bir, fərdi istifadəçilərdə isə 20 saniyədən bir alır. İlin sonuna bu göstəricilər tam olaraq dəyişib: artıq bizneslər zərərverici proqramlarla hər 40 saniyədən bir (yəni 3 dəfə daha çox), fərdi istifadəçilər isə hər 10 saniyədən bir üzləşirlər (2 dəfə daha çox).

Şifrələyicilərin bizneslərə hücumlarının sayının artması 67% şirkətin bütün məlumatlarını və ya bir hissəsini itirməsinə səbəb olub, hər beşinci qurum isə tələb olunan məbləği ödəsə belə faylları bərpa edə bilməyib. Zərərverici proqramlardan demək olar ki, bütün sahələrə zərər dəyməsinə baxmayaraq bəzi sahələr 2016-cı ildə daha çox zərbəyə məruz qalıb. Belə ki, təhsil, İT və telekommunikasiya, əyləncə və KİV, həmçinin maliyyə şirkətlərinin ¼ hissəsi şifrələyicilərin qurbanına çevriliblər.

Hazırda məlumatlara çıxışın geri qaytarılması üçün tələb olunan məbləğin ortalama qiyməti 300 ABŞ dolları təşkil edir, lakin bəzi kibercinayətkarlar daha çox məbləğ tələb edərək ona sahib çıxıb. Cinayətkarların əksəriyyəti bitkoinlərlə ödənişə üstünlük verir, daha peşəkar olanları isə istifadəçilərə bu kriptovalyutanın alınması üçün konsultasiya və texniki dəstək xidməti göstəriblər.

Kaspersky Lab şirkətinin mütəxəssisləri qeyd edir ki, şifrələyicilər daha mürəkkəb və müxtəlif hallarda ortaya çıxır.

Belə ki, Shade troyan virusu kimi maliyyə proqram təminatı ilə rastlaşan bu viruslar standart şəkildə faylları şifrələmək əvəzinə sistemdə gələcəkdə pul oğurlamaq məqsədilə “casus” proqram yerləşdirir. Bununla yanaşı, ayrı-ayrı faylları deyil, məhz vacib fayl cədvəllərini və ya bütün sərt diski şifrələyən cinayətkarlara daha mütəmadi rast gəlmək olur.

Eyni zamanda, tədqiqatçılar aşkar edib ki, 2016-cı ildə ilk dəfə olaraq rast gəlinən zərərli proqramlar kifayət qədər aşağı keyfiyyətdə, yəni, sadə, kodlaşdırılmada səhvlərlə və ödəniş tələb olunan mətndə hərf səhvləri olub. Bu hal ondan xəbər verir ki, şifrələyicilər asan gəlir əldə etmə üsulu kimi kifayət qədər məşhurluq qazanıb və bu da onlara proqram təminatı işləyib hazırlamaq üçün lazımi bilikləri olmayan az ixtisaslaşmış kibercinayətkarları cəlb etməyə şərait yaradır. Məhz bu həvəskar qrup zərərverici proqramların xidmət kimi inkişafına səbəb olublar – 2016-cı ildə daha çox virus yazıcılar bu cür zərərverici proqramları öz əməkdaşlarına müəyyən ödəniş qarşılığında təklif ediblər.

“Zərərverici proqramlar və şifrələyicilər gəlirli kibercinayətkarlıq biznesidir. Ona qarşı çıxmağın yeganə yolu isə informasiya təhlükəsizliyi sahəsində ekspertlər, hüquq-mühafizə orqanları, biznes və cəmiyyətin güclərini bir araya gətirməkdir. Qarşıda duran əsas məsələ cinayətkarların hücumlarını və gəlir əldə etmələrini çətinləşdirməkdir. Kaspersky Lab şirkətinin Evropol, Niderland polisi və “Intel Security” ilə birgə təşəbbüsü olan No More Ransom layihəsi 6 ay ərzində 6 000 istifadəçiyə öz məlumatlarını bərpa etməyə və cinayətkarlara ödəniləsi olan 1,5 milyon dolları qənaət etməyə kömək edib. Buna görə də 2016-cı il sadəcə şifrələyicilərin inkişaf dövrü olaraq yox, həm də dünyada bu təhlükəyə qarşı təşkilatlanmış hərəkatın başlanması ilə yadda qalacaq”, - deyə Kaspersky Lab şirkətinin aparıcı antivirus analitiki Fyodor Sinitsin qeyd edib.

Bu ilin ən əsas təhlükəsi olan şifrələyicilər və zərərverici proqramlar haqqında ətraflı məlumat almaq üçün Kaspersky Lab şirkətinin analitik hesabatı ilə tanış ola bilərsiniz.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Bu il kibertəhlükəsizlik sahəsində nələr oldu? –İcmal

15-12-2017

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Yeni zərərli proqram aşkar edilib

11-05-2018

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Kibercinayətkarlar bankomatdan pulu necə oğurlayır?- Araşdırma

10-04-2017

Andorid telefonlar üçün təhlükə-Yeni virus

16-06-2017

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə