Ekspert AmCham-ın Azərbaycan interneti ilə bağlı iddialarına cavab verdi

22-11-2016 / 16:29

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) hazırladığı “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” (“Ağ sənəd – White paper”) adlı sənəddə, İnformasiya Kommunikasiya texnologiyaları ilə bağlı tövsiyələr qeyd edilib.

Report-un məlumatına görə, Palata iddia edir ki, hazırda Azərbaycanın backbone provayderləri Delta Telecom və Azərtelelom arasında qarşılıqlı əlaqə yoxdur, bu da xidmət səviyyəsinə öz mənfi təsirini göstərir və onların müştəriləri üçün informasiya təhlükəsizliyi ilə bağlı müəyyən risklər yaradır.

Belə ki, AmCham-ın ölkə prezidentinə təqdim etdiyi sənəddə deyilir ki, Azərbaycanda internet tarifləri yüksəkdir. Bu qarşılıqlı əlaqənin çatışmazlığı həmçinin ölkədə internet tariflərinin yüksək olmasının da səbəbi hesab olunur.

Azərbaycan İnternet Forumunun prezidenti, eskpert Osman Gündüz AmCham-ın Azərbaycanın interneti ilə bağlı iddialarına cavab verib.

 Osman Gündüz məsələ ilə bağlı Xeberler.az-a danışarkən bu qurumun təkliflərini anlaşılmaz hesab edib:

“Ölkədə İnternet bazarının ən azı 50%-nə dövlət provayderləri nəzarət edir və bu prosesi tənzimləyən də dövlət qurumudur. Tariflərin də xeyli hissəsini bu qurum müəyyən edir, infrastruktur da, ondan istifadə şərtləri də bu dövlət qurumunn əlindədir. İndi gəl, başa düş ki, Amerika qurumu nə demək istəyir?. Ümumiyyətlə, bu günə qədər çox sayda beynəlxalq qurumlarla işləyib, əməkdaşlıq etsəm də, lap əvvəldən bu qurumun məramı, məqsədi mənə həmişə qaranlıq qalıb”.

Forum prezidenti xatırladıb ki, AmCham bir müddət öncə açıqlama vermişdi ki, İKT sektorunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ləğvi, əvəzində isə müstəqil tənzimləyici qurumun yaranması ilə bağlı təkliflər hazırlayırlar, amma buna xeyli vəsaitlər ayrılsa da, nəticəsindən heç kimin xəbəri olmayıb:

“İndi də Prezidentə İKT ilə əlaqəli yeni Təkliflər göndəriblər, adını da “Ağ sənəd” ( White paper”) qoyublar. Elə ikicə təkliflərini oxuyub hələlik belə qənaətə gəldim ki,  ən azı Təklifin adı ilə mahiyyəti arasında böyük fərq var. Yeri gəlmişkən, bildiyim qədər Delta ilə Azərtelekom arasında da ara bağlantısı çoxdan qurulub”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə