Previous Next
Bağla

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017 14:06
Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

Son günlər Azərbaycan İnternetində bəzi problemlər müşahidə edilir. Belə ki, istifadəçilər bildirir ki, ölkədə internetin sürəti xeyli zəifləyib.

Günlərdir sosial mediada da bu məsələ müzakirə edilir və hər kəs problemin səbəbini öyrənməyə çalışır.

Qeyd edək ki, belə bir problemin olduğunu ekspertlər də təsdiqləyir.

İnternetin keyfiyyətinin pisləşməsi, ümumiyyətlə, son günlər ölkədə İnternet sektoru ilə bağlı bəzi hadisələr ekspertlər və istifadəçilər tərəfindən birmənalı qarşılanmır. Belə ki, hazırda ölkədə keçirilən beynəlxalq yarışlar (IV İslam Həmrəyliyi Oyunları) zamanı belə bir problemin olması ciddi suallar yaradır.

Xeberler.az olaraq məsələni dəqiqləşdirməyə çalışdıq ki, ölkədə internetdən istifadədə bu problemlər nədən qaynaqlanır, buna səbəb nələr ola bilər?

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, bu, gözlənilən idi. Ekspert ötən ilin sonunda qarşıdakı dövrdə Azərbaycan İnternetini gözləyən təhlükələr və problemlərin ola biləcəyi barədə məlumat verdiklərini xatırladıb.

Osman Gündüz də vuruğulayıb ki, Azərbaycan İnternetinin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər. Biz də saytımızda qeyd etdiyimiz kimi, yerli provaydelərin Delta Telecom-a küllli miqdarda borcu yaranıb. Ekspert yenidən bu məsələyə toxunaraq səbəblərdən birinin elə borc məsələsi ola biləcəyini deyib:

“Çox güman ki, bu hal məhz əksər yerli provayderlərin əsas backbone provayder- Delta Telecom –a olan borcları ilə bağlıdır. Heç kim üçün sirr deyil ki, dövlət və özəl provayderlərin bu şirkətə 30 milyon manat borcu yaranmışdı. Delta Telecom xəbərdarlıq edirdi ki, ya internet kəsiləcək, ya da məhkəməyə verəcək. Güman ki, bu borcları əldə edə bilməyən şirkətin beynəlxalq operatorlar qarşısında problemləri yaranıb. Təbii ki, bu da ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə və ya  provayderlərə verilən internet sürətində özünü göstərməliydi”.

Forum prezidenti qeyd edib ki, Delta Telecom-un onlayn statistikasından görsənir ki, ölkəyə daxil olan trafik dəyişməyib. Eskpert hesab edir ki, belə olan halda görünür ki, Delta Telecom bütün borclu provayderlərin internetini kəsməyin ciddi rezonans yaradacağını düşünərək, borclara qarşılıq provayderlərə ayrılan trafikdən xeyli azaldıb.

Onun sözlərinə görə, internetin sürətinin azalmasının növbəti səbəbi ölkədə keçirilən beynəlxalq yarışlar ərəfəsində təhlükəsizliklə bağlı aparılan filtrasiya (süzgəcləmə) ilə bağlı ola bilər:

“Azərbaycan İnternetindəki keyfiyyətsizliyin 2-ci səbəbi güman ki, beynəlxalq yarışların keçirildiyi ərəfədə təhlükəsizliklə bağlı aparılan filtrasiya (süzgəcləmə) ilə bağlıdır. Hesab edirəm ki, təhlükəsizliklə bağlı hansısa əməliyyat -axtarış tədbirləri çərçivəsində belə bir filtrasiya aparılır. Təbii ki, süzgəcləmənin xarakterindən, avadanlıqların keyfiyyətindən asılı olaraq sürət müəyyən dərəcədə azaldıla və ya çoxaldıla bilər”.

Ekspert ənənəvi problem olan provayderlərin istifadəçiləri “çəkidə aldatmaq” məsələsini də istisna etmir:

“Məlum olduğu kimi, aidiyyatı dövlət qurumlarının nəzarətinin yetərli olmadığı şəraitdə bəzi provayderlər həmişə olduğu kimi istifadəçiləri “çəkidə aldadırlar”. Yəni, onlar öz istifadəçilərinin sayına uyğun həcmdə trafik almır. Provayderlər müqavilədə nəzərdə tutulan sürəti deyil, qəsdən daha az həcmdə trafik verir. Elə mobil operatorların abunəçilərinin sayı ilə aldığı internet trafikin həcmini müqayisə etdikdə bunu görmək olar”.

Osman Gündüz bu məsələlərdə tənzimləyici qurumun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)  olduğunu xatırladaraq qurumun bu istiqamətdə kifayət qədər həssas olub,  məsələ ilə bağlı da hər hansı rəsmi açıqlama vermədiyini diqqətə çatırıb.

Ekspert hesab edir ki, hazırda ölkədə əksər xidmət sahəsinin internet üzərindən fəaliyyət göstərdiyini nəzərə alaraq aidiyyatı qurumlar, Nazirlik baş verənlərlərlə bağlı rəsmi açıqlamalar yaymalı, gözləntilərlə bağlı informasiya, tövsiyyələr verməlidirlər. 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017
Delta Telecom provayderləri məhkəməyə verəcək

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016
Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016
Azərbaycan internetində nə baş verib?

Azərbaycan internetində nə baş verib?

04-08-2016
Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015
Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016
Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017
Azərbaycanda internet kəsilə bilərmi?

Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017
 “Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016
Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016
 Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016
Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015
 “10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017
Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

25-12-2015
Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010
Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015
Data Plus da Delta Telecom-dan ayrılıb?

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017
Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
Provayderlər qiymətləri qaldırdı

Provayderlər qiymətləri qaldırdı

25-01-2016
Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016
 CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016
VİDEO: Provayderlər müştərilərini aldada bilməyəcək - Yeni Xidmət

VİDEO: Provayderlər müştərilərini aldada bilməyəcək - Yeni Xidmət

06-03-2016
Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə