Previous Next
Bağla

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015 22:51
Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO
“Ölkədə internet təchizatının 90 faizinin bir şirkət tərəfindən aparılması problem yaratdı”
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz APA TV-də yayımlanan “Sosium” proqramında çıxış edərkən deyib.
 
O, internet bağlantısının kəsilməsinin informasiya təhlükəsizliyi məsələsi olduğunu bildirib:
 
“Bu sahə spesifik bir sahədir, burada xüsusi avadanlıqlardan, fiberoptik kabellərdən istifadə olunur və adi tüstülənmələr zamanı adi qaydada söndürmək mümkün deyil. Belə halların təkrar olunmaması üçün alternativlər olmalıdır, Delta Telecom şirkəti tərəfindən ölkəyə gətirilən internetlə bağlı alternativlər təmin olunub. Ölkəyə Avropa, Rusiya, Türkiyə, İran üzərindən internet gəlir və Delta-Telecom tərəfindən 30 provayderə paylanır. Magistral xətlərin Delta Telecom-a daxil olma nöqtəsinə qədər heç bir problem olmayıb, əsas problem paylanma nöqtəsində, müştəri avadanlıqları bölməsində olub. Görünür, bu sektorda ciddi təhlükəsizlik tədbirlərinə ehtiyac varmış. Paylayıcı sistemin müştəri avadanlıqlarının bir nöqtədə qurulması  doğru deyil”.
 
Osman Gündüzün fikrincə, informasiya təhlükəsizliyi konsepsiyasının işlənməsi vacibdir: “Qloballaşan dünyada informasiya həm biznesdir, həm pul, həm də silahdır. Ona görə də belə hallar qaçılmazdır, bu hal sabah da ola bilər, amma dərhal alternativlər işə düşməlidir. İnternet təchizatının 10 faizi Azərtelekom-da, 90 faizi Delta Telecom-dadır. Buna görə də belə fəsadlar yarandı”.
 
Osman Gündüz internet kəsilməsi ilə bağlı təxribat versiyasını da istisna etməyib:
 
“Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən, Delta Telecom ərazisi qorunan sahə sayılır, burada müəyyən mühafizə standartlarına əməl olunur. Şirkətin kifayət qədər peşəkar mütəxəssisləri var və öz komandası hesabına bu cür fəsadları aradan qaldıra bilir. Bu gün online rejimdə xeyli sayda infrastruktur müəssisələri var, səhiyyə, təhsil, təhlükəsizlik, bank xidməti sektoru buna aiddir”.
 
AİF prezidenti baş verən hadisənin illərlə cəmiyyətdə ciddi narahatçılığa səbəb olduğunu deyib:
 
“Delta Telecom nəhəng, beynəlxalq aləmdə tanınan, ciddi qurumların sertifikatına layiq görülən, audit yoxlamalarından keçmiş bir şirkətdir. Bu şirkətin Azərbaycanda internet quruculuğu sahəsində, internet infrastrukturunun formalaşmasında, beynəlxalq aləmdən, qlobal dünyadan interneti Azərbaycana alternativlər üzərindən gətirilməsi sahəsində müstəsna xidmətləri mövcuddur. Amma baş verən hadisə Delta Telecom-un 10 illər ərzində görülən nəhəng işlərini bir saniyədə məhv edə bilər. Şirkətin Gürcüstana və  digər ölkələrə satdığı internetdə problem olmayıb”.
 
Osman Gündüz kiberhücumların həmişə ola biləcəyini deyib:
 
“Dünya elə mərhələyə çatıb ki, inkişaf varsa, bura hücum da var. İnternet inkişaf etdikcə, kiber təhlükəsizlik də inkişaf etdirilməlidir, çünki kiber cinayətkarlar da inkişaf edir. Əvvəllər kiber cinəyatkarlığı  həvəskar hakkerlər törədirdi, indi bu hakkerlər dövlətin himayəsində olan müəyyən qruplara çevrildi, maliyyə institutların nəzarəti altında olan dəstələrə çevrildi, indi ölkələrdə kiber silahlı dəstələr var. Ona görə də hücum ehtimalı həmişə var, əsas odur ki, bunun profilaktikası olmalıdır. Dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavab verən ayrı-ayrı qurumlar yaradılıb”.
 
Ekspert ölkədə peşəkar İT kadrlarının hazırlanması sahəsində boşluqların olduğunu bildirib:
 
“Bizdə yaxşı, ixtisaslı İT mütəxəssisləri yetərincə deyil. Buna həmişə ehtiyac var. İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislərə sifariş verən əsas qurumlardan biri MTN-dir. Eyni zamanda bəzi ali məktəblərdə də kadrla bağlı müəyyən addımlar atıldı. Lakin yenə peşəkar kadra ehtiyac var. Bizim bu sahədə yaranan çətinliklərimizin əsas səbəbi dolayısı ilə kadrlarla bağlı olur”.
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

Balakəndə 7 saat müddətində internet olmayıb

29-07-2019

Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

15-10-2019

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020

Azərbaycanda internet bərpa olunub- Əlavə edilib

17-11-2015

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Azərbaycanı internetsiz qoyan Amerika olub ?

30-08-2019

İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

Azərbaycanda bütün rəsmi saytlar dayandı

25-09-2018

Avropa Oyunları ərəfəsində İnternet pulsuz olacaqmı?- Açıqlama

08-05-2015

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

Delta Telecomda nə baş verir?

21-04-2020

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Ekspert AmCham-ın Azərbaycan interneti ilə bağlı iddialarına cavab verdi

22-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə