“İnternet və insan hüquqları" mövzusu Azərbaycan üçün kifayət qədər aktualdır. Azərbaycan internetinin yaşı çox azdır, təxminən 25 ildir. Bu az müddət olsa da, Azərbaycan bu sahədə böyük iş görüb. Ötən dövrdə Azərbaycan internetində kifayət qədər kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib".
Xeberler.az-ın məlumatına görə, bunu Bakıda "İnternet və insan hüquqları" mövzusunda keçirilən tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Lakin Azərbaycanda keyfiyyətli internetə əlçatarlılıq sahəsində müəyyən problemlərin olduğunu önə çəkən O.Gündüz deyib ki, xüsusən regionlarda keyfiyyətli internetə əlçatarlılıqla bağlı kifayət qədər ciddi problemlər mövcuddur:
"Bizdəki problemlərin əksəriyyəti iqtisadi, texniki səbəblərdən qaynaqlanır. Eyni zamanda, Azərbaycan internet bazarının 50 faizinə dövlət provayderləri nəzarət edir. Hesab edirəm ki, bu, kifayət qədər ciddi məsələdir. İndi Azərbaycanda internet bazarında sanki planlanmış rəqabət gedir".
Azərbaycan İnternet Forumunun prezidenti hesab edir ki, burada müəyyən islahatlar həyata keçirilərsə, problemlər daha tez aradan qalxar, milli seqment daha sürətlə inkişaf edər:
"Məsələn, son bir neçə ayda ölkə üzrə internetə əlçatarlılıqda ciddi problemlər yaranıb. Xeyli müddət ölkə üzrə internet olmadı, hesab edirəm ki, bu, Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun deyil. Bu yaxınlarda dövlət qurumlarının internet resursları ilə də bağlı problemlər olub. Bunlar texnoloji məsələlərdən də qaynaqlanır, amma bunların olmaması daha yaxşı olardı".
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri