Ekspert güzəştli mənzil sisteminin çökməsinə aydınlıq gətirdi

06-09-2018 / 17:18
"Güzəştli mənzillərin onlayn satışını həyata keçirən struktur iki infrastrukturun üzərində dayanır”.
 
Xeberler.az  bildirir ki, bu barədə Sherg.az-a sosial mənzillərin növbəti dəfə satışı zamanı informasiya sisteminin çökməsinin səbəblərini izah edərkən İKT üzrə ekspert Cahid İsmayıloğlu bildirib. 
 
O qeyd edib ki, birinci infrastruktur proqram təminatı, ikincisi isə serverdir:
 
"Bu iki strukturdan birində hər hansı xəta baş verərsə, serverlə paralel proqram təminatı müraciətlərə tab gətirə bilməsə, sistemin dərhal çökməsi qaçılmazdır. Elan edilən vaxtdan etibarən müraciətlərin nəzərdə tutulandan qat-qat çox olması sistemin dayanmasına və ya çökməsinə səbəb olur.
 
Bu dayanmadan və donmadan narahat olan vətəndaşlar internetin yavaş olmasından şübhələnərək alternativ yerlərdən paralel olaraq sistemə müraciət edirlər.
 
Nəticədə sistemin yükü ikiqat artır. "Güzəştli mənzil” sistemi gücə düşdükdə, onsuz da donmuş olduğu üçün çökməyə məhkumdur. Bu imkanları nəzərə alaraq bu işi mərhələli şəkildə, hissə-hissə həyata keçirmək lazımdır. Proqram təminatı və serverlər müraciət edənlərin sayına uyğun hesablanıb qurulmalıdır”.
 
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bu gün saat 11:00-da başlayan mənzillərin güzəştlə satışı dayandırılıb. MİDA-nın məlumatına görə, proses bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.