Ekspert MİDA-nın statistik göstəriciləriylə bağlı açıqlama verdi

08-09-2018 / 11:13

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) I layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında satışa çıxarılan güzəştli mənzillərlə bağlı statistik göstəriciləri rəsmi saytında yerləşdirib.

Mövzuyla bağlı  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Xeberler.az-a açıqlama verib:

"Görünür log fayllar xeyli analiz olunub. Bu statistika göstərir ki, satış 34 dəqiqəyə başa çatıb. Çünki hər iddiaçı maksimum 10 dəqiqəyə seçimini təsdiq etməliydi. Əgər son rəqəm statistikada qeyd olunduğu kimi 44 dəqiqədirsə demək 34 dəqiqədən sonra heç kimin heç bir seçim imkanı qalmayıb. Yəni, belə demək mümkünsə, bu statistika göstərir ki, satışa start veriləndən təxminən 34 dəqiqə müddətində, təxminən "15:34"-də 324 mənzilin onlayn satışı başa çatıb. Belə məlum olur ki, əslində saniyələr də seçim üçün əhəmiyyət kəsb edib, seçim üçün ciddi mübarizə gedib."

Ekspert daha sonra - "Bu cədvəldən hiss olunur ki, çatışmayan yalnız bu mənzilləri seçənlərin adlarıdır. Güman ki MİDA fərdi informasiyalar haqqında qanunu nəzərə alaraq bu cədvəldən adları doğru olaraq sadəcə silib. Prosesi analiz etmək üçün ,ilkin araşdırma üçün əhəmiyyətli rəqəmlərdir."- deyə bildirib

Osman Gündüz prosesdə iştirak edən dövlət qurumlarının rəylərini əks etdirən yekun məlumatın və prosesi izləyən beynəlxalq qurumun rəyinin də maraqla qarşılanacağını qeyd edərək digər məqama toxundu:

"Hələlik çatışmayan ən əsas məsələ bir çox istifadəçilərin monitorunda görsənən "Not found" mesajlarının səbəbi, server və baza üçün ayrılan resurslardan istifadə ilə bağlı və saat 11-də satışın baş tutmaması ilə bağlı sualların cavabıdır.
Ümid edirik ən qısa zamanda bu tip sualların da cavabları açıqlanacaq. Həmçinin yaxşı olardı ki MİDA buraxılan səhvləri analiz edib növbəti mərhələyə daha ciddi hazırlaşsın. Eyni zamanda MİDA vətəndaşların sistemdən daha effektiv istifadəsi üçün də yeni tövsiyyələr verməsi faydalı olardı."


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.