Formula 1 yarışları üçün yaradılan İT mühit-Fotolar

20-06-2017 / 12:35

Məlum olduğu kimi, bu il  ölkəmiz növbəti dəfə Formula 1 yarışlarına ev sahibliyi edir.

Belə ki, iyunun 23-25-də Bakıda Formula 1 Azərbaycan Qran-Pri yarışları keçiriləcək.

Artıq yarışlara sayılı günlər qalır. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün dövlət səviyyəsində müxtəlif işlər həyata keçirilir. Qurumlar və şirkətlər daha sıx iş rejimində çalışır.

Bu kimi yarışlarda informasiya texnologiyaları (İT), informasiya təhlükəsizliyinin də yüksək səviyyədə təşkili əsas məsələlərdəndir.

Xeberler.az olaraq ölkədə təşkil edilən bütün beynəlxalq tədbirlərin texnoloji infrastrukturu və informasiya təhlükəsizliyini diqqətdə saxlayır, bu barədə oxucularımıza məlumatlar təqdim edirik.

Bu il də  beynəlxalq əhəmiyyətli yarışmanın texnoloji təminatının maraq kəsb etdiyini düşünərək bu haqda yazı hazırlamaq qərarına gəldik.

Məlumat verdiyimiz kimi, ölkəmizdə keçirilən bu kimi böyük tədbirlərin İT infrastrukturunun yaradılmasını Eurodesign şirkəti həyata keçirir. Təsadüfi deyil ki, bu il də yarışları üçün İT infrastrukturun yaradılması və texnoloji imkanların tətbiqi Eurodesign şirkətinə həvalə edilib.

Məlumatımıza görə, hazırda şirkət tərəfindən yarışlar üçün yüksək səviyyədə İT mühiti yaradılıb və Belə ki, şirkətin yarışların İT təminatı üçün ayırdığı komanda hazırda ciddi iş rejimində çalışır.

Eurodesign-dən verilən məlumata görə, Formula 1 yarışlarının İKT təminatı olduqca yüksək səviyyədə təşkil edilib və bütün sistemlər yarışa tam hazır vəziyyətə gətirilib.

Formula 1 yarışlarında yaradılan İT mühit:

Xatırladırıq ki, Eurodesign şirkəti həmçinin Avropa Oyunları zamanı yüksək səviyyəli texnoloji xidmətlərin göstərilməsini, müasir və təhlükəsiz telekommunikasiya infrastrukturun yaradılması da uğurla həyata keçirib.

Belə ki, Eurodesign şirkəti Bakı 2015 Avropa Oyunlarında  dünyanın Microsoft, Cisco, Hp kimi qabaqcıl şirkətlərinin son texnologiyalarının tətbiqi ilə effektiv, etibarlı və təhlükəsiz rəqəmsal mühitin qurulmasına nail oldu. Nəticədə isə yarışların Beynəlxalq Olimpiya Komitəsinin standartlarına uyğun ən yüksək səviyyədə keçirilməsi təmin edildi.

Bu barədə saytımızda ətraflı məlumatlar dərc etmişik.

Şirkət həmçinin bu yaxınlarda ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının  İT infrastrukturunu da təşkil edib. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.