Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016 / 15:55

Məlumat verdiyimiz kimi, Gəncədə geniş miqyasılı startap tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Belə ki, Startap Azərbaycan və ASAN Könüllüləri qurumu Gəncədə bir neçə startap tədbirləri həyata keçirməyə hazırlaşır. Startap Azərbaycanın və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə 25 -30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı” təşkil olunacaq.

Festival çərçivəsində Startap Azərbaycan tərəfindən Startap Günləri və "ASAN Könüllüləri" tərəfindən “1-ci Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Məlumata görə, bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.

Artıq Startap Festivalı çərçivəsində təşkil ediləcək tədbirlərin proqramı da hazırlanıb.

Xeberler.az-ın məlumatına görə, noyabrın 25-də,  səhər saat 10:00-da Gəncə şəhərində Gənclər evində “Azərbaycan Startup Festivalı” nın açılışı olacaq.

1.Açılışda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Gəncə şəhər icra Hakimiyyətinin, Yüksək Texnologiyalar Park (YTP) və  İT şirkətlərin rəhbərləri, həmçinin də “ ASAN Könüllüləri” Təşkilatının və Azərbaycan İnternet Forumunun rəhbərləri çıxış edəcək.

2. Açılış mərasimindən dərhal sonra “ASAN Köüllüləri”nin iştirakıyla bədii hissə baş tutacaq.

3.Bunlardan sonra saat 13:30 Azərbaycan Dövlət Aqrar Universitetində Startap Azərbaycan-Startap Günlərinə start veriləcək. Startap Günlərinin açılışında Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Gəncə Dövlət Universitetinin rəsmiləri çıxış edəcək.

 4. Daha sonra “Regionlarda startapların inkişafı : problemlər və perspektivlər” mövzusunda konfrans təşkil ediləcək. 1 paneldən ibarət konfransda maraqlı təqdimatlar nəzərdə tutulub.

5. Konfransdan sonra ekspert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi və müzakirəsi və ideyaların yarışı başlayacaq.Qalib ideyalar ətrafında komandalar formalaşacaq və komandalar işə başlayacaq.

 6. Noyabrın 26-da isə İnternet biznesə yeni başlayanlar üçün təlim təşkil ediləcək.

7. Bu mərhələdən sonra komandaların layihələr üzərində fəaliyyətinin davam etdirilməsi,  ekspert və mentorların komandalara birbaşa dəstəyi təşkil olunacaq. (Orxan Əhmədov, Vahid Qasımov, Ülvi Aslanov, Vuqar Əliyarov, Orxan Rzayev, Namət Məmmədzadə, Fərid Kazımov, Samir Mehdiyev , Nicat Manafov, Tələt Rzayev , Murad Həsənzadə).

8. Noyabrın 27-də layihələr yekunlaşdırılacaq. Komandalar münsiflər qarşısında 4 dəqiqəlik layihələrinin təqdimatını edəcək. Qiymətləndirmə aparılacaq və qaliblər müəyyən ediləcək.

9. Noyabrn 27-də, saat 13:00-da Startap Günlərinin bağlanışı və qaliblərin təqdimat mərasimi keçiriləcək. Qaliblərə Startap Azərbaycan-ın, RYTN, YT Park, İT İnkişafı Dövlət Fondu, Neuron Technologies, SİNAM, Lenovo şirkətinin hədiyyələri, diplomlar və sertifikatlar təqdim ediləcək.

10. Noyabrın 27-də “ASAN Könüllüləri"nin təşkilatçılığı ilə Startap Akademiyası tədbiri  öz işinə başlayacq. Bu tədbirə xaricdən gələn startapçılar da qatılacaq.

 11. Noyabrın 30-da "ASAN Könüllüləri " və Startap Azərbaycan-ın birgə təşkilatçılığı ilə olan “Azərbaycan Startup Festivalı”nın bağlanış mərasimi keçiriləcək.

Startap Günlərinin proqramı ilə buradan tanış ola bilərsiniz.

Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı , İT-nin İnkişafına Dəstək Dövlət Fondu, Neuron Technologies, SİNAM və Lenovo şirkətləri dəstək veirir.

Bu barədə daha ətraflı Startap Azərbaycan rəsmi saytındakı Startap Günləri bölməsindən məlumat əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.