Previous Next
Bağla

Gəncədə Startap Günləri yarışması başlayıb-Fotolar

26-11-2016 09:14
Gəncədə Startap Günləri yarışması başlayıb-Fotolar

Gəncədə Startap Günüləri yarışması başlayıb Startap Azərbaycanın və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə 25 -30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı” təşkil olunur.

Xeberler.az-ın məlumatına görə, festivalın açılışında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ASAN Könüllülər Təşkilatının rəsmisi Bəxtiyar İsmayılov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gəncə Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, YT Parkın direktor müavini Kənan Bayramov, VXSİ Dövlət Agentliyinin departament rəhbərinin müavini Cahangir Haciyev , NEURON şirkətinin direktoru İsmayil Ələkbərov çıxış ediblər.

Kənan Bayramov tədbir iştirakçılarını salamlayaraq yüksək texnologiyalar parkında görülən işlərdən, davamlı inkişafda olan startap hərakatından və ölkədə İKT sahəsinin ümumi inkişafından bəhs edib.

Çıxışda xüsusilə startap hərakatının regionlarda inkişafı və bu istiqamətdə görüləcək işlər vurğulanıb.

Daha sonra Festival çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində Startap Günləri başlayıb.

 Günlərin açılışında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz , İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və fondun əməkdaşı Əkbər Abbasov, YTP-ın direktor müavini Kənan Bayramov və YTP-ın department rəhbəri nümayəndəsi Ülvi Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Cahangir Hacıyev, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov iştirak edib.

Gəncədəki 3 universitetin (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim və tələbələri də Startap Günlərinin açılışında olub.

ADAU-nun prorektoru Aidə Qasımova qonaqları salamlayaraq universitet haqda geniş məlumat verib. Universitet rəsmisi belə tədbirin ADAU-da təşkil edildiyi üçün təşkilatçılara təşəkkür edib.O, innovativ ideyaların bugünki dövrdə əhəmiyyətini vurğulayaraq tələbələri Günlərdə aktiv olmağa səsləyib.

Açılışdan dərhal sonra “Regionlarda startapların inkişafı : problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda regionlarda startap infrastrukturun formalaşması, yeni startapların investisiya əldə etməsi yolları, milli startaplar üçün ilkin investisiya mənbələri: dövlət, özəl və fiziki şəxslər ( angel) tərəfindən startaplara dəstək və yeni startapların yaranmasında biznes inkubatorların, texnoparkların və universitetlərin rolu ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda dövlət qurumlarının, Gəncədəki universitetlərin məsul şəxslərinin, İT ekspertlərin iştirakı ilə çıxışlar və müzakirələri olub.

Belə ki, Elçin Zeynalov , ATU-nun Tərbiyə İşləri üzrə koordinatoru Rauf Əmənov, Azərbaycan Dövlət Aqrar Universitet, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Mustafayev, İT ekspert Vahid Qasımov konfransda bölgələrdə startap sahəsi ilə bağlı mövcud problemlər və bu problemlərin həlli istiqamətində öz təklifəri ilə çıxış edib.

Konfransdan sonra ekspert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə müxtəlif universitetlərdən olan tələbələr 50-yə yaxın ideya səsləndirib. Daha sonra ən yaxşı 6 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları (Vahid Qasımov, Namət Məmmədzadə, Fərid Kazımov, Samir Mehdi , Tələt Rzayev , Murad Həsənzadə, Hüseyn Hüseynzadə) komandalara öz tövsiylərini verib.

Bu gün səhər saat 10:00-dan onlar öz eskpert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayacaq.

Bu gün  komandalar üçün təlimlər də təşkil ediləcək. Startap Günlərində yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə Neuron Technologies, SİNAM və Lenovo şirkətlərinin qiymətli hədiyyələri və Startap Azərbaycan-ın sertifikat və diplomları təqdim ediləcək.

Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı , İT-nin İnkişafına Dəstək Dövlət Fondu, Neuron Technologies, SİNAM və Lenovo şirkətləri dəstək veirir.

Bu barədə daha ətraflı Startap Azərbaycan rəsmi saytındakı Startap Günləri bölməsindən məlumat əldə edə bilərsiniz. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gəncədə Startap Günləri başa çatdı-Fotolar

28-11-2016

Gəncədə Startap Günləri davam edir-Fotolar

27-11-2016

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016

Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016

Startap Günlərinin ilk günü necə keçdi?-Foto

26-05-2018

Startap Günlərində iştirak etməklə nə qazanacaqsınız?

23-11-2016

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

UNEC-də Startap Günləri başlayıb-Foto

25-05-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

24-02-2018

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019

Gəncədə keçiriləcək Startap Günlərinin proqramı açıqlanıb

14-11-2016

Bakıda Startap Günləri keçirilir-Foto

06-04-2018

Gəncədə Startap Günlərinə hazırlıqlar davam edir -Fotolar

19-11-2016

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günlərinin ilk günündə nələr oldu?-Foto

06-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə