I sinfə elektron qəbul başladı -Video

01-03-2016 / 13:50

Bu gündən etibarən Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlayıb.

Xeberler.az-ın məlumatına görə, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə  uşaqların I sinfə şagird qəbulu barədə video təlimat hazırlanıb.

Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə