İflasa uğrayan 10 telefon - Fotolar

28-03-2015 / 15:39

Dünyada yüzlərlə telefonlar və planşetlər istehsal olunur. Zaman-zaman bu texnologiyalar istifadəçilər tərəfindən maraqla qarşılansa da, bazara çıxarıldığı təqdirdə satışı həyata keçə bilməyən telefonların da sayı az deyil. “Yeni bir istehsal”adı altında bazara çıxan bu telefonlar bəzən şirkət rəhbərlərini böyük riskə də salıb. Şirkət Android telefonları istehsal etsədə, telefonlarda olan hansısa xüsusiyyətlər istifadəçilər tərəfindən normal qarşılanmır və yeni istehsallar iflasa uğrayır.

Xəbərlər.az CNNturk-ə istinadən 10 mobil texnologiyanın bazarda özünə yer tuta bilməməsinin səbəblərini təqdim edir:

Samsung Galaxy Beam - görüntüləri divara əks etdirə bilən özəlliyə sahibdir. Lakin bu onu həm ağır, həm xoşagəlməz görünüşə malik edib.

 

Kyocera Echo- İki ekrana sahib olan bu telefonun proqramlaşdırılması ilə meydana gələn problemləri onu əhəmiyyətsiz hala gətirib.

 

Samsung Continuum- Continuum-un aşağı hissəsindəki balaca, ikinci bildiriş ekranı məlumatları göstərir. Lakin bu fikir maraqlı olsa da, praktikada çox yaxşı işləmədiyi üçün telefonda lazımsız yer tutur. 

Pantech Pocket- 2011-ci ildə yaranan 4 düyümlü ekrana sahib olan Pocket iPad-in kiçildilmiş formasına bənzəyir. Əslində adı “yüngül” olsa da, onu üzərinizdə gəzdirmək elə də asan deyil. 

Sony Tablet P-Sony 2012-ci ildə iki ekranlı Tablet P-ni bazara çıxarıb. Maraqlı bir təcrübə olsa da, telefonun proqramlaşdırma sistemi kifayət deyildi və cihazın görünüşü kobud idi. 

Motorola Backflip- Hətta Google-in olmadığı vaxtlarda bazara daxil olan bu telefon arxa tərəfə qatlanabilən özəliyə sahibdir. Cihazı yazı yazmaq üçün açdığımızda alt hissədə çoxlu sayda toxunaqlı özəlliklərə malik sensor meydana gəlirdi. Amma bu hissəyə səhvən toxunmaq asan idi və istifadəçilər tez-tez bu probeləmlə üzləşirdirlər. Bu istifadəçilərin narazılığına səbəb olurdu. 

Sony Ericson Xperia Play- Bu telefon istifadəsi zamanı bir çox PSP və PlayStation oyunları təqdim etdi. Amma cihazın əhatə dairəsi olduqca məhdud idi və cihaza olan maraq tez bitdi. 

Motorola Flipout- Bu telefu açanda ortaya klavyatura çıxırdı. Ancaq cihaz bağlı olanda kərpic formasına düşürdü. 

LG Optimus Vu:LG- 5 düyümlü ekrana sahib olan bu telefonu xüsusi qələmlə idarə olunurdu. Amma telefonun dizaynı demək olar ki, yarasız və keyfiyyətsiz idi. 

Samsung Galaxy Round- Klaviaturalı telefonlar adətən üstən alta doğru klavyaturaya malik olur, lakin Round sağdan sola doğru klavyaturalı idi. Cihazın bu dizaynından faydalanacaq proqramlaşdırma əməliyyatları olduqca məhdud idi. Və bu əməliyyatlar yenilikləri əks etirmirdi. 

 

Xəbərlər.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə