Sony incə çərçivəli telefon hazırlayır

18-05-2015 / 14:27

Sony incə çərçivələriylə diqqəti cəlb edən Levander kod adlı bir telefon təqdim etməyə hazırlaşır.

Xeberler.az-ın məşhur xarici qaynaqlarından əldə etdiyi məlumata görə, Şirkət Sony-ə aid E55XX (E5503, E5563) model nömrəsinə sahib "Levander" kod adlı cihazın ilk görüntüsünü Twitter vasitəsilə bildirib. 5.5-düym böyüklüyündə Full HD keyfiyyətli ekrana sahib olduğu bildirilən cihaz MediaTek-in 64-bit səkkiz nüvəli MT6752 prosessorundan güc alacaq.

"Levander" kod adlı cihazın ön hissəsində eynilə Xperia C4-də olduğu kimi böyük bir kamera və LED flaş yer alır. Telefonun dinamik hissəsi isə Xperia Z2-ni xatırladır. Sony-nin mövcud telefonlarına nisbətən olduqca incə çərçivələrə sahib olan  telefonunda həmçinin 2GB RAM, cüt SIM kart dəstəyi, 4G LTE və 13MP arxa kamera (Sony IMX214 sensor) iştirak edir.

Yaxın günlərdə "Levander" kod adlı cihaza aid daha çox detalın məlum olacağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə