İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017 / 15:55

Aprelin 9-da keçiriləcək imtahanlarda iştirak edən şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər.

Bu barədə Xeberler.az -a Dövlət İmtahan Mərkəzindən ( DİM) məlumat verilib.

Magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilər.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

Bakalavrın imtahana buraxılış vərəqəsi (magistratura)

Namizədin imtahana buraxılış vərəqəsi (rezidentura)

Abituriyentin imtahana buraxılış vərəqəsi (Azərbaycan dili fənni)

DİM-in məlumatında qeyd edilir ki,  imtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi və “imtahana buraxılış vərəqəsi”ni özünüzlə gətirməyi unutmayın.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.