Instagram istifadəçilərinin sayı 400 milyonu ötüb

23-09-2015 / 10:41

Instagram-ın auditoriyası cəmi 9 ay ərzində 100 mln. nəfər artıb.

Xeberler.az məlumat verir ki, yeni istifadəçilərin yarıdan çoxu isə ABŞ hüdudlarından kənarda yaşayanlardır.

Instagram-dakı artım Avropa və Asiyadan olan üzvlərin hesabına baş verib. Bununla belə Braziliya, Yaponiya və İndoneziya sakinləri daha çox fəallıq nümayiş etdiriblər.

Instagram mövcud olduğu dörd il ərzində ora yüklənən fotoların ümumi sayı 40 milyardı ötüb. Sosial şəbəkə istifadəçilərinin sayına görə Twitter-i qabaqlamaqda davam edir. Sonuncunun üzvlərinin sayı 316 milyon nəfərdir.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.