Milli resurslarımızı daha yaxından tanıyın

30-07-2015 / 15:39

Xeberler.az olaraq “MİLLİ RESURSLAR” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan layihəmizdə bu dəfə İlkaddımlar.com, Sportsmen.az, Ecity.az saytları haqqında qısa məlumat təqdim edirik.

ilkaddımlar.com Onlayn tədris portalı

Dizayn: Saytın dizaynı çox sadə görünsə də, hazırlanmasında ən müasir veb texnologiyalardan istifadə olunub. Tərtibat saytın məzmununa uyğun hazırlanaraq istifadəçiyə xoş təsir bağışlayır.

Məzmun: Saytda video dərsliklər, referatlar, kitablar və ən əsası da informasiya texnologiyaları ilə bağlı dərsliklər və faydalı məlumatlar yerləşdirilib. Bundan əlavə saytda qeydiyyatdan keçərək onlayn imtahan vermək də mümkündür.

Funksionallığı: Saytın məlumat bazası çox olsa da, yüklənmə sürətinin tez olması funksionallığın yüksək səviyyədə olduğunu göstərir. Struktur və naviqasiya sistemi də istifadəçiyə uyğun formada hazırlanıb. Saytda 4 növdə axtarış sistemi ümumi axtarış, sertifikat axtarışı, kitab və referat axtarışları mövcuddur. Axtarış sisteminin çox olması onu göstərir ki, istifadəçi asanlıqla istədiyi kateqoriya üzrə məlumatı tapa bilər.

 

sportsmen.az İdman mərkəzlərinin onlayn kataloqu

Dizayn: Saytın tərtibatı çox gözəl görünüşə malikdir. Müasir veb texnologiyaları əsasında qurulan sayt məzmununa  uyğun formada dizayn olunub. Saytın görünüşündə vahid rəng və qrafikadan istifadə olunub.

Məzmun: Sayt vasitəsilə istifadəçi Azərbaycanda olan idman, əyləncə, rəqs mərkəzlərini rahatlıqla tapa və məlumat ala bilər. Bundan əlavə saytda idman xəbərləri və Azərbaycanın tanınmış idmançıları ilə müsahibələr paylaşılır.

Funksionallığı: Saytda yerləşdirilən hər bir məlumat kateqoriyalara uyğun yerləşdirilib. Azərbaycan və rus dillərində fəaliyyət göstərən saytın axtarış sistemi  üç kateqoriyada hazırlanıb. Saytda həm də obyektin yerləşməsinə, idman növünə, xidmətinə və qiymətinə uyğun axtarış sistemi mövcuddur.

 

ecity.az Elektron şəhər portalı

Dizayn: Saytın tərtibatında ən müasir veb texnologiyalarından istifadə olunub.  Görünüşdə vizual və ultra müasir effektlərdən istifadə olunub. Tərtibat sayta daxil olan istifadəçiyə xoş təsir bağışlayır.

Məzmun: Saytda  Azərbaycanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən hotellər, turizm-istirahət mərkəzləri, restoranlar, ticarət obyektləri, banklar, şirkətlər, zavodlar, fabriklər, turlar, aerokassalar, tarixi abidələr, muzeylər, idman-sağlamlıq kompleksləri, səhiyyə, maarif ocaqları və s. məkanlar haqqında görüntülü informasiyalar yerləşdirilib.

Funksionallığı:Sayt yüksək səviyyədə  funksionallığa malikdir. Saytda ümumi, ünvana və məsafəyə görə axtarış sistemləri mövcuddur. Saytın naviqasiya sistemi və menyusu çox funksionaldır.

                                                                                  

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.