Minlərlə tətbiq uşaqları izləyir-Təhlükə

16-04-2018 / 12:38

Tədqiqatçılar valideyn və uşaqlarla bağlı 3,337 min Android tətbiqini araşdırıb.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, bu proqramların uşaqlara məxsus informasiyaları qanunsuz formada topladığı təsbit edilib.

Qeyd edək ki, ABŞ-da tətbiq edilən COPPA qanunu 13 yaşınadək olan uşaqlar üçün məlumatların toplanmasına ciddi məhdudiyyətlər qoyur.

Privacy Enhancing Technologies Simpoziumu (PETS) tədqiqatçıların araşdırdığıı 5 855 ailə və uşaq tətbiqindən 281-nin təhlükəli olduğunu bilidirib.

Belə ki, bu proqramlar ailənin razılığı olmadan cihazdakı yer və kontakt biliglərini əldə edib.

Məlum olub ki, mindən çox tətbiq uşaqların məlumatını üçüncü tərəf ilə bölüşür. 2 mindən çox tətbiq isə Google-da uşaqların məlumatını reklam məqsədi ilə istifadə edərək qaydaları pozur.

Araşdırmaya daxil edilən proqramların 40 faizi lazımi təhlükəsizlik şərtlərinə cavab vermir, 92 faiz isə qadağan olunmasına baxmayaraq uşaqların sosial şəbəkə məlumatını əldə edə bilir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.