Sentyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin konfrans zalında məktəblilər arasında “İnternet təhlükəsizliyi” mövzusuna həsr olunmuş təlim keçirilib.
Xeberler.az-ın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova uşaqları salamlayaraq təlimi açıq elan etdi.
Sədr müavini bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, idarəetmə sahəsindəki biliklərinin artırılması, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi önəm verir.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz bir faktdır. Kompüter və internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu faydalı olduğu qədər də təhlükəli və zərərlidir. İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir.
Komitəin sədr müavini qeyd edib ki, internetin əsas istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalır.
Sonra çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz uşaqların “İnternetdə təhlükəsizliyi” mövzusunda təlimlərin keçirilməsini yüksək dəyərləndirib. Osman Gündüz bildirib ki, uşaqları kibertəhlükələrdən mühafizə etmək üçün mobil təhlükəsizlik imkanlarından faydalanmaq mümkündür.
Təlimdə uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə məlumat verilib. Eyni zamanda uşaqların kompüterdəki internet fəaliyyətini və telefonda zənglərini necə izləməyin yollarını diqqətə çatdırıb.
Osman Gündüz vurğulayıb ki, bu cür təlimlərdə cəmiyyətdə informasiya təhlükəsizliyi sahəsi baxımından maarifləndirmə işləri üçün geniş əhəmiyyət kəsb edir.
Təlimdə ekspertlərin mövzu ilə bağlı təqdimatlar olub, uşaqlarla qrup işləri, müzakirələr aparılıb, həmçinin, internet-onun faydaları, zərəri ilə bağlı müvafiq məlumat və məsləhətlər verilib.
Sonda Komitə tərəfindən təlimdə öz aktivliyi ilə seçilən iştirakçılar sertifikatla təqdim olunub.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri