Nar Youth Speak Forumunda iştirak edib

27-05-2019 / 17:09

“Nar”, mayn 26-da Bakı Ali Neft Məktəbində keçirilmiş “Youth Speak” beynəlxalq forumunda iştirak edib.

Xeberler.az bildirir ki, dünyanın 100-dən çox ölkəsində, eləcə də Bakıda keçirilən forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədilə təşkil olunub və daha çox insanın, xüsusilə də gənclərin bu məqsədlər haqqında məlumatlılığını artırmağı hədəfləyir. Dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur. Qeyd edək ki, forum “AIESEC Azerbaijan” və Gənclər Fondunun dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə keçirilib.

Forumda rəsmi spiker qismində iştirak edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov "Layiqli Əmək və İqtisadi Artım" mövzusunda çıxış edərək gənclərlə uğurlu karyera qurmağın yollarını müzakirə edib və davamlı şəxsi inkişafın bu istiqamətdəki əhəmiyyətini vurğulayıb.

“Youth Speak” forumunda həmçinin, "Gender Bərabərliyi" və "İnnovasiyalar” mövzusunda da müxtəlif peşələri təmsil edən mütəxəssislər tərəfindən təqdimatlar edilib. Qeyd edək ki, gənclərə, təhsilə dəstək vermək “Nar”-ın Korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.