BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023 / 21:20

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə Departamentinin Dövlət institutları və rəqəmsal hökumət sektoru ilə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi üzrə dövlət xidmətləri, innovasiyalar və rəqəmsal həllərin inkişafı mövzusunda tədbir təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, agentliyin nümayəndəsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ölkəmizdə reallaşdırılan ağıllı hökumət həlləri və dövlət xidmətlərində innovasiyaların tətbiqinə dair Azərbaycan təcrübəsi barədə iştirakçıları məlumatlandırıb. Uğurlu təcrübələrin müzakirəsi zamanı Dövlət İdarəçiliyi üzrə Şərq Regional Təşkilatının baş katibi Aleks Brilantes “ASAN xidmət” təcrübəsinin qlobal əhəmiyyətini vurğulayıb və dövlət rəsmilərini müvafiq təcrübə ilə tanışlığa dəvət edib.

500-dən çox nümayəndənin iştirakı ilə onlayn formada keçirilən tədbirdə innovativliyin təşviqi məqsədilə rəqəmsal texnologiyalardan istifadə, bilik və texnologiyaların transferi barədə də müzakirələr aparılıb.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə