Naxçıvanda pensiya ödənişlərinin avtomatlaşdırılması başa çatdırılıb

04-04-2019 / 18:09

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə yüksəksəviyyəli xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub.

Xeberler.az bildirir ki, ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə gəlmədən pensiyalarını rahat şəkildə əldə etmələri üçün də müvafiq tədbirlər görülüb. Nəticədə, pensiyaçılar vaxta və vəsaitə qənaət edərək öz pensiyalarını muxtar respublikanın istənilən poçt şöbə və bölmələrindən asanlıqla ala bilirlər. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə “Naxçıvanpoçt” MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatının hazırlanması fevralın 1-dən əhalinin istifadəsindədir. Pensiyasını poçt məntəqəsindən almaq istəyən vətəndaşlar müvafiq ərizə formasını doldurub, poçt məntəqəsinə təqdim etməklə növbəti aydan pensiyalarını buradan ala bilərlər.

Artıq muxtar respublikada avtomatlaşdırılmış qayda ilə pensiya alanların sayı 398 nəfərə çatıb. Pensiyaların vətəndaşlara çatdırılması işinin asanlaşdırılması dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir nümunəsidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə