2016-cı ildən bu günədək Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən artıq 8-ci dəfə keçirilən müsabiqədə hər il təqdim olunan layihələrin sayı artır. Bu il “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinə 382 nəfər iştirak üçün müraciət edib.
Xeberler.az məlumat verir ki, bu barədə “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov Bakıda keçirilən “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimində deyib.
“Müsabiqənin münsiflər heyəti tərəfindən iştirak üçün qəbul olunmuş 252 layihədən 52-si final mərhələsinə yüksəlib. Bu il layihələrin mövzusu iqlim dəyişikliyi, elm və texnologiyaların inkişafı, qeyd olunan sahədə innovasiyaların tətbiqi olub. Yer səthinin məsafədən müşahidəsinə “Azərkosmos” tərəfindən 2014-cü ildən başlanılıb. Çox sevindirici haldır ki, bu gün “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib. Müraciət edənlərin əksəriyyəti gənclərdir. Bu kosmik layihələrin çoxu BMT-nin dayanıqlıq hədəflərinə öz töhfəsini verir”, - deyə Dunay Bədirxanov vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri