Previous Next
Bağla

Gürcüstanda ilk dəfə kütləvi formada elektron səsvermə tətbiq edilib

29-10-2024 11:35
Gürcüstanda ilk dəfə kütləvi formada elektron səsvermə tətbiq edilib
Gürcüstanda iki gün öncə baş tutan parlament seçkilərdə 90% seçici elektron formada səs verib. Bu forma son iki ildə pilot qaydada reallaşdırılırdı.
 
Qeyd edək ki, bu seçki forması, internet üzərindən, onlayn səsvermə anlamına gəlmir.
 
Gürcüstanın elektron səsvermə sistemi seçicilərin oflayn olaraq seçki  məntəqəsində elektron terminalla təmin edilərək səsverməsini, səslərin avtomatik olaraq hesablanmasını və nəticələrin dairə və mərkəzi sistemə ötürülməsini nəzərdə tutur.
 
Seçki əntəqələrində səs vermək üçün nəzərdə tutulan elektron cihazların internetə bağlantısı yoxdur, sistem oflayn rejimdə işləyir.
 
Seçici məntəqəyə gələrək, elektron şəxsiyyət vəsiqəsindən istifadə edənlər elektron formada, digərləri isə oflayn formada qeydiyyatdan keçirlər.
 
Seçici ona təqdim edilən terminalda namizədlərin siyahısını görür və səsverməni icra edir. Səsvermə bitdikdən sonra səslərin qəbul edildiyi təsdiqlənir və cihaz səsləri avtomatik hesablayir.
 
Qeyd edək ki, ənənəvi büllütenlərdə səsverənlərin səslərinin sayı da əl ilə sayılmır, bülletenlər xüsusi skanerlər vasitəsilə rəqəmsal formata keçirilir və avtomatik olaraq hesablanır.
 
Bir neçə gün öncə keçirilən parlament seçkilərində məntəqələrin böyük əksəriyyətində, təxminən 90%-də elektron səsvermə terminalları yerləşdirilib.
MSK elektron səsvermə keçiriləcək məntəqələri öncədən müəyyən edib.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Osman Gündüz qeyd edib ki, Gürcüstanda keçirilən seçkilərldə seçki prosesləri əsasən rəqəmsallaşdığından MSK seçki bitən anda, dərhal ilkin nəticələri elan edib, iqtidarın seçki bloku “Gürcü Arzusu” 54%, müxalifət isə təxminən 37% əldə edib.
Müxalifət bununla razılaşmayıb. Seçkinin saxtalaşdırıldığını, nəticələri tanımadığı elan edib.
 
Ekspertin sözlərinə görə, müxalifətin saxtalaşdırma ilə bağlı irəli sürdüyü arqumentlər içərisində texnologiya ilə əlaqəli məqamlar gözə dəymir:
 
"Yəni müxalifər saxtalaşdırmanın səsvermə cihazları və ya digər texnoloji məsələlərlə əlaqəli deyil, inzibati resurslar və seçicilərə təsir etməklə həyata keçirildiyini iddia edirlər. Gürcüstanın seçki proseslərini rəqəmsallaşdırması, səsvermə prosesində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməsi yetərincə diqqət cəlb edəndir".
 
Sonda Osman Gündüz ümid edir ki, bizim MSK və İRİA da qarşıdakı seçkilərdə innovasiyalara və elektron səsvermə texnologiyalarına üstünlük verəcəklər.
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Virtual Səsvermə sistemində 82 min istifadəçi səs verib

Virtual Səsvermə sistemində 82 min istifadəçi səs verib

17-10-2015
Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

09-10-2015
Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

10-01-2024
Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

03-11-2010
Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

10-02-2020
Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

05-11-2010
Virtual Səsvermə sistemində ən çox səs toplayan namizədlərin - SİYAHISI

Virtual Səsvermə sistemində ən çox səs toplayan namizədlərin - SİYAHISI

30-10-2015
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
Estoniyada mobil səsvermə

Estoniyada mobil səsvermə

15-12-2008
Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

18-01-2024
Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

16-09-2024
Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir

Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir

28-08-2024
Ağıllı telefonlarda səsvermə mümkün olacaq

Ağıllı telefonlarda səsvermə mümkün olacaq

12-04-2015
MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024
Milli Net Təşkilat Komitəsinin Məlumatı

Milli Net Təşkilat Komitəsinin Məlumatı

19-11-2013
Parlament seçkilərinin səsverməsi başa çatıb

Parlament seçkilərinin səsverməsi başa çatıb

01-11-2015
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

01-09-2024
Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

01-02-2024
“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi

09-10-2015
Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

19-11-2015
Seçkilər həm də “Elektron Hökumət” portalı üzərindən aparılacaq

Seçkilər həm də “Elektron Hökumət” portalı üzərindən aparılacaq

29-09-2015
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020
"Avroviziya 2023" mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

"Avroviziya 2023" mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

23-11-2022
MSK ölkənin rəqəmsal inkişaf səviyyəsindən bir neçə il geri qalıb

MSK ölkənin rəqəmsal inkişaf səviyyəsindən bir neçə il geri qalıb

08-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə