“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024 / 11:35

Dekabrın 2-3-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirəcək.

Xeberler.az məlumat verir ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edəcəklər.

İki gün ərzində tədbirdə ÜƏMT-nin peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparacaqlar. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi haqqında məlumat veriləcək.

Tədbirin əvvəlində media üçün brifinq keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə