ICESCO-nun direktoru “İnnovasiyalar Mərkəzi”nin qonağı olub

26-11-2024 / 15:04
ICESCO-nun Strateji Planlaşdırma və Mükəmməllik üzrə Direktoru Sally Mabrouk Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin qonağı olub.
 
Xeberler.az məlumat verir ki, Sally Mabrouk ölkəmizə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində səfər edib.
 
“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov qonağa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və innovativ həllər barədə ətraflı məlumat verib.
Görüş zamanı, həmçinin tərəflər arasında innovasiya, kadr hazırlığı istiqamətində müzakirələr edilib. Eyni zamanda, gələcəkdə həyata keçirilə biləcək ortaq təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə