Ötən günlərdə 13 ölkədən məsul nazirlik nümayəndələri, tənzimləyici orqanlar və poçt operatorlarından ibarət 23 nəfər ekspertin iştirakı ilə Gürcüstanın Tiflis şəhərində seminar təşkil olunub.
Xeberler.az məlumat verir ki, Ümumdünya Poçt İttifaqı tərəfindən Avropa və MDB Regionu üçün milli poçt siyasətlərinin layihələndirilməsi və formalaşdırılması məqsədilə keçirilən seminarda “Azərpoçt” MMC də təmsil olunub.
Seminarda poçt işinin təşkili ilə bağlı qlobal tendensiyalar müzakirə olunaraq, yeni istiqamətlər təhlil edilmişdir. İnteraktiv müzakirələr, tematik araşdırmalar və qrup fəaliyyətləri ilə zənginləşdirilmiş seminarda hər təmsilçi öz təcrübəsini bölüşüb.
“Azərpoçt” MMC-ni təmsil edən İdarə Heyətinin üzvü Elgün Rəsulov görüşdə “Azərpoçt”un yenilənmə dövrünü əhatə edən strateji məsələləri bölüşərək, icra olunmuş addımları qeyd edib.
Onu da qeyd edək ki, ÜPİ-nin poçt sektorunun modernləşdirilməsi və inkişafı üzrə regional layihəsi çərçivəsində təşkil olunan və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin ev sahibliyi etdiyi bu seminarda məqsəd iştirakçılara poçt islahatı və innovasiyaları həyata keçirmək üçün lazımi bilik və alətləri çatdırmaq idi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri