Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) bu ilin mart ayında elan etdiyi “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimi baş tutub.
Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov müsabiqənin əsas məqsədinin peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmək olduğunu diqqətə çatdırıb.
Müsabiqədə tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun tədqiqatla məşğul olan nümayəndələr qatılıblar.
“2016-cı ildən bu günədək Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən artıq 8-ci dəfə keçirilən müsabiqədə hər il təqdim olunan layihələrin sayı artır. Bu il “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinə 382 nəfər iştirak üçün müraciət edib", - deyə D.Bədirxanov bildirib.
D.Bədirxanov qeyd edib ki, bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində sözügedən müsabiqənin mövzusu da iqlim dəyişikliyi və onunla mübarizədə kosmik həllərin tətbiqinə həsr olunub.
“Azərkosmos”un məsafədən zondlama üzrə aparıcı mütəxəssisi İsmət Baxışov çıxışında bildirib ki, bütün inkişaf etmiş ölkələrdə Yerin məsafədən müşahidəsində peykdən geniş istifadə edilir: “Azərbaycanda da bu xidmətlər göstərilir. Belə ki, Azərbaycanda peyk təsvirləri vasitəsilə təsərrüfatları monitorinq, əkinlərin vegetasiya dövründə bütün neqativ hallarını müşahidə etməklə əvvəlcədən tədbirlər görülə bilər. Hazırda regional səviyyədə su resurslarının mütəmadi olaraq monitorinqi həyata keçirilir”.
İ.Baxışov deyib ki, bu müsabiqənin iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizuallaşdırma imkanı əldə ediblər.
Daha sonra tədbirdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin ilk üç qalibi müvafiq olaraq birinci yer üzrə 5000 manat, ikinci yer üzrə 3000 manat və üçüncü yer üzrə 1500 manat məbləğində pul mükafatı ilə təltif olunublar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri