Previous Next
Bağla

Ekspert: Distant təhsilə keçid zamanı internetdən imtina edənlərin aqibəti necə olacaq?

04-11-2024 13:45
Ekspert: Distant təhsilə keçid zamanı internetdən imtina edənlərin aqibəti  necə olacaq?
"Bir neçə gündən sonra universitetlər COP29 ilə əlaqədar olaraq distant təhsilə keçəcəklər. Distant təhsilin vacib elementlərdən biri keyfiyyətli internetdir. Şübhəsiz ki, regionlardan, kəndlərdən də distant təhsilə qoşulan tələbələr olacaq".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, RİNN ölkədə keyfiyyətli internet infrastrukturu qurmaq üçün son 2-3 ildə bir xeyli işlər görüb:
 
"Bütün ölkə boyu ən ucqar ərazilərdə də GPON texnologiya ilə nəhəng bir internet infrastrukturu qurub. Bu isə keyfiyyətli rəqəmsal xidmət əldə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Amma provayderlər 15 avqust tarixdən minimal internet tariflərini 40% qaldırdığından regionlarda internetdən imtina edənlər və "şərikli internetə" keçənlər də çox oldu. Antiinhisar isə Aztelekom təbii inhisar subyektinə qarşı əsassız tarif artımı və "kartel sövdələşməsi" ittihamı üzrə iş qaldırsa da, az qala 3 ay olur ki, bunu başa çatdıra bilməyib".
 
Osman Gündüz qeyd edib ki, hazırda narahatlıq doğuran məsələ internetdən imtina edənlərin distant təhsil prosesinə necə qoşulacağı ilə bağlıdır.
 
Bu problemi kim həll edəcək, tələbələrə güzəştlər veriləcəkmi?
 
Universitetlər, RİNN və ETN görəsən bununla bağlı nə düşünürlər.?
 
Suallara cavab olaraq ekspert düşünür ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsil Fondu Aztelekom və digər provayderlərlə birlikdə tələbələrə güzəştlər üçün müəyyən addımlar ata bilərlər.
 
Osman Gündüz bildirib ki, yenə də hökumət distant təhsil qaydalarını təsdiqləmədən məsuliyyəti Elm və Təhsil Nazirliyinin üzərinə atıb:
 
"15 ildir ki təhsil haqqında qanunda distant təhsil forması nəzərdə tutulsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb. Reallaşdırmaq deyəndə, hökumət özünə lazım olan zaman distant təhsilə keçir, özünün təşkil etdiyi distant təhsil sistemilə öz universitetlərimizin diplomlarını tanıyır. Amma nə universitetlərimizə imkan vermir ki distant forma üzrə tələbə qəbulu keçirsin, nə də həmin distant formada, xaricdə, Massacusetsdə, yaxud Harvardda təhsil alanın diplomlarını tanımır. Elm və Təhsil Nazirliyi son dövrlərdə qiyabi təhsili xeyli məhdudlaşdırıb, gözlənilirdi ki bunun müqabilində distant formada təhsil işə düşəcək. Bir neçə universitetdə bu sahəyə xeyli investisiya yatırıblar. Lakin təəssüf ki, distant təhsil forması rəsmiləşdirilmədiyindən bu investisiyaların geridönüşü olmadı. Universitetlərimiz də məhz bu səbəbdən bu təhsil biznesinin faydalarından bəhrələnə bilmirlər, resurslar cəlb edə bilmirlər. Hətta COP29 ərəfəsində də hökumət "öz distantına" keçməyi üstün tutdu, amma ümumi qaydaları təsdiqləmədi".
 
Son olaraq ekspert bildirib ki, ümumiyyətlə, məhz bununla bağlı hökumətin 15 ildə tutduğu mövqe ağlasığmazdır və heç bir ağlabatan izahı yoxdur: 
 
"Düşünürəm ki, universitet rəhbərlərinin, Rektorlar Şurasının bununla bağlı məhkəməyə müraciət etməkdən başqa yolları qalmayıb".
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022

Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-05-2012

Elm və təhsil naziri: Bu ildən distant təhsil modeli üzərində işləyirik

10-05-2026

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə