Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na yanvar-avqust aylarında 1,3 milyona yaxın müraciət qeydə alınıb.
Xeberler.az bildirir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.
Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, qeyd olunan e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər
2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətinə ötən dövrdə müraciət sayı 3,7 milyona yaxın olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri