Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən beynəlxalq “Africa Tech Festival 2024” konfrans və sərgisində iştirak edib.
Xeberler.az bildirir ki, CAR-ın paytaxtı Keyptaunda keçirilən tədbirdə “AzInTelecom” MMC stendlə çıxış edib. Stenddə iştirakçılara “AzInTelecom”un məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. Şirkətin əməkdaşları tədbir müddətində bir sıra xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Nümayəndələr arasında Afrika qitəsinin müxtəlif ölkələrində, xüsusilə bank və maliyyə texnologiyaları sahəsində çalışan şəxslər əsas yer tutub.
Tədbir zamanı ziyarətçilər “AzInTelecom”un təqdim etdiyi SİMA rəqəmsal həllər platforması və “bulud” xidmətlərinə xüsusi maraq göstərib və yüksək qiymətləndiriblər.
Ənənəvi olaraq hər il keçirilən “Africa Tech Festival”ına əsasən Afrika qitəsi olmaqla, dünyanın bir çox ölkəsindən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər qatılır. Tədbir ticarət əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq çərçivəsinin genişləndirilməsi üçün mühüm imkanlar təqdim edir. Builki tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib və şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri