Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir

28-04-2017 / 11:26

Azərbaycanda təhsil islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq ümumi təhsilin X-XI sinifləri  üçün təmayüllər üzrə fənn kurikulumlarının  hazırlanması, onların tətbiqinə dair tövsiyələrin işlənməsi planlaşdırılıb.

Xeberler.az-ın məlumatına görə, Təhsil Nazirliyi  ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumlarının hazırlanması üzrə elan verib.

Belə ki, kurikulumlar hazırlanarkən təmayül siniflərinin xüsusiyyətlərinə uyğun olaraq onların variativ xarakter daşıması  nəzərdə tutulur.

Tələb olunan xidmətlər:

• Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər üçün)

• Azərbaycan dili (dövlət dili kimi )

• Ədəbiyyat

• Rus dili (təlim rus  dilində olan məktəblər üçün)

• Ədəbiyyat  (təlim rus  dilində olan məktəblər üçün)

• Xarici dil

• Azərbaycan tarixi

• Ümumi tarix

• Riyaziyyat

• Fizika

• Kimya

• Biologiya

• Çağrışaqədərki hazırlıq fənn kurikulumlarının hazırlanması üzrə mütəxəssislər.

Siyahıdan göründüyü kimi, bu fənlərə yenə də İnformatika daxil edilməyib.

Qeyd edək ki, uzun müddətdir ki, məktəblərdə İnformatika fənninin ləğv edilməsi ilə bağlı müzakirələr davam edir. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.