Məlum olduğu kimi, istifadəçilərin internet mühitində ən çox əziyyət çəkdiyi problemlərdən biri də spamlardır.
Məsələn, bir gün səhər işə gəlib elektron poçt ünvanını yoxlayarkən sizə okeanın o tayında yaşayan, heç tanımadığınız ulu babanızdan fantastik məbləğdə miras qaldığını öyrənirsiz. Xoş təsadüfdü olsa da, özünüz də əminsiz ki, belə bir hal mümkün deyil.
Bəs bu mövzulu məktublar nədir, istifadəçilərə niyə göndərilir?
Bu tip məktublar spamdır. Belə mesajlar Sizin şəxsi məlumatlarınızın ələ keçirilərək bədniyyətli insanların qazanc əldə etməsinə xidmət edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi istifadəçiləri bu problemlə bağlı daha diqqətli olmağa çağırır.
Belə ki, nazirliyin təlimatında deyilir ki, spamlar sizin elektron qurğularınıza da ziyan vurur. Çünki spamlar əksər hallarda virus daşıyıcısı olur və siz bu məktubları açdıqda cihazınız virusa yoluxur.
NRYTN bu cür ziyanverici kontentlərdən qorunmaq üçün aşağıdakılara əməl etməyinizi tövsiyyə edir:
• Spam əleyhinə filter və ya blok programlarından istifadə edin;
• Şübhəli e-poçt mesajlarına cavab verməyin;
• Əgər hər hansı bir mesajın spam olduğundan
əminsinizsə, onu açmadan e-poçt qutusundan silin;
• Həmin mesajların tərkibindəki link və ya faylları açmayın;
• Hər zaman ictimai işlər üçün alternativ e-poçt hesabı açın və ondan istifadə edin;
• Yalnız lazım bildiyiniz şəxslər/qurumlarla rəsmi e-poçt ünvanınızı paylaşın.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri