Netflix Azərbaycana gəlir

07-01-2016 / 15:22

Qlobal internet televiziya bağlantısı olmaq yolunda addımlayan Netflix CES 2016-da  fəaliyyətə başlayacağı yeni bazarları açıqlayıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki,  Netflix-in rəhbəri ( CEO)  Reed Hastings Netflix  xidmətinin Türkiyə, Rusiya, Vyetnam, Sinqapur, Nigeriya, Cənubi Koreya, Polşa, Rusiya və həmçinin Azərbaycanda da genişlənəcəyini deyib.

Qeyd edək ki, xidmət bu gün Türkiyədə ilk  abunəçilərini qəbul edib.

Hastings açıqlamasında Netflix-in yeni  daxil olduğu ölkələrdə 190-dan internet  TV xidməti olacağını deyib.

Netflix ana dili  ingilis dilindən başqa, ərəb, koreya, çin və digər 17 dildə olacağını da elan edib.

Ötən il 70 milyondan çox evə daxil olan Netflix sadəcə 2015-ci ilin son rübündə 12 milyard  saat yayım edib.

İndi də Netflix-in yeni daxil olacağı ölkələrlə birlikdə bu sayın daha da yüksəlməsi gözlənilir.

Qeyd edək ki, hazırda şirkət Amerika, Böyük Britaniya və Avstraliyada  aparıcı internet televiziya xidmətidir.  

Netflix-in xidmətləri ödənişlidir. 

Xidmətin qiymətləri ilə bağlı daha ətraflı burada.

Netflix Azərbaycan bazarında olacaq qiymətlərlə bağlı açıqlama verməyib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə