Bakıda çəkdilən film “Netflix“də yüksək reytinq qazanı

20-10-2023 / 09:25

İndoneziyalı rejissor Monti Tivanın Azərbaycanın paytaxtı Bakı şəhərində çəkdiyi, Leyla və Məcnunun əfsanəvi hekayəsindən bəhs edən “Leyli və Məcnun” bədii filmi (2019-cu il) ölkənin “Netflix“də ən yüksək reytinqlə yayımlanan romantik ekran əsərləri arasında yer alıb.

Qeyd edilir ki, Leyli və Məcnunun əfsanəvi hekayəsindən ilhamlanan film dinşünaslıq müəllimi Leyli ilə Azərbaycandan olan tələbə, onunla bir yerdə böyüyüb boya-başa çatmış Samirin sevgisindən bəhs edir. Filmin süjet xəttinə əsasən İbn adlı şəxs onların nikahına mane olur.

Aktyor Reza Rahadian və aktrisa Aça Septriasanın canlandırdığı film iki əsas sənətçi arasında cəlbedici oyunu nümayiş etdirir.

Filmin süjet xətti Leyli və Məcnunun real sevgi hekayəsilə tam üst-üstə düşməsə də, ekran əsəri tamaşaçılara maraqlı zəminlə təsiredici romantik hekayəni təqdim etməyə nail olub.

Bakıda böyük ustalıqla çəkilmiş və Monti Tivanın unikal rejissorluğu da seyrçilərin filmdən zövq almasına şərait yaradır.

Filmin əsas rolları Aça Septriasa, Reza Rahadianla yanaşı, Baim Vonq, Dian Nitami kimi tanınmış aktyorlar da oynayıblar. (Report)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə