Previous Next
Bağla

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020 16:56
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Xeberler.az bildirir ki, 2019-cu ilin yanvar ayından etibarən Kaspersky, adlarında Netflix-in qeyd olunduğu zərərli fayllarla cihazları yoluxdurmağa çalışan 22 mindən çox cəhd aşkar edib. Əksər hallarda "Qəribə şeylər," "Cadugər" "Cinsi təhsil", "Narıncı - sezonun hiti" serialları yem kimi istifadə olunuub.

Təcavüzkarlar məşhur şouların adlarını reklam proqramları və zərərli proqramlara əlavə edir və onlardan fişinq hücumlarını həyata keçirmək üçün istifadə edirlər. Tapılan fayllar arasında, məsələn, məlumatların silinməsi və ya bloklanmasını təmin edən müxtəlif tipli funksional troyanlar, habelə istifadəçi fotoşəkillərini və onlayn bankçılıq zamanı şifrələri oğurlamaq üçün istifadə edilən casus proqramları var.

Bundan əlavə, Azərbaycanda məşhur olan xidmət və onlayn kinoteatrların - KinoPoisk HD, Okko, IVI bənzətməsi olan zərərli və arzuolunmaz proqramlar da tapılıb. “İnsanlar onlayn kinoteatrlardan getdikcə daha aktiv istifadə edirlər. Mütəxəssislərimizin qeyd etdiyi kimi, koronavirus pandemiyası dövründə geniş auditoriyanın bu cür xidmətlərə marağı xüsusilə artıb, çünki bu mənbələrin əksəriyyəti çox sayda filmə və seriallara pulsuz giriş təqdim edir. Kinoya baxmaq üçün internet platformaların populyarlığını kiber cinayətkarlar, əlbəttə ki, öz xeyirlərinə çevirməyə çalışırlar. Buna görə də serialları və filmləri rəsmi platformalarda izləmək daha yaxşıdır," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Zərərli proqramlarla qarşılaşma riskini azaltmaq üçün Kaspersky tövsiyə edir:

• "stream" qaynaqlarına yalnız rəsmi saytlar və ya tətbiqlər vasitəsilə daxil olun;

• sənədləri qeyri-rəsmi mənbələrdən yükləməyin;

• Kaspersky Security Cloud kimi bütün növ cihazların hərtərəfli qorunmasını təmin edən etibarlı bir təhlükəsizlik həlli quraşdırın.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky Embedded Systems Security həllini yeniləyib.

30-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə