Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015 / 15:07

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə bu ilin birinci yarısında 3 SMS istifadəyə verib.

Xəbərlər-in verdiyi məlumata görə, "Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı" və "İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu" xidmətləri təqdim olunub. Bu xidmətlər həm Elektron hökumət portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən göstərilir. Yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir.

Komitədən bildirilib ki, ƏMDK-nın fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 e-xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 227 minədək e-müraciət daxil olub. Təqdim olunan e-xidmətlərdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə respublika üzrə vətəndaşlardan 45 min 500 müraciət qəbul edilib.

Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan "Kütləvi çıxarış" kampaniyası çərçivəsində 3 min 800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub. Kampaniya bu il Gəncə, Zaqatala, Beyləqan, Şamaxı və Şəkidə keçirilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.