Previous Next
Bağla

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017 14:23
Komitə 500 mindən çox e-xidmət göstərib

Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini genişləndirir.

Belə ki, Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib.

Bu barədə Xeberler.az-a Komitədən məlumat verilib.

Qeyd edilib ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir.

Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.

Komitənin təqdim etdiyi elektron xidmətdən 22-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Həmçinin, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.

Xidmətlərdən istifadə edənlərin sayı bötövlükdə 90 minə yaxındır

Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 22 elektron xidmətdən istifadə edənlərin sayı 130 minə yaxındır.

Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bötövlükdə 90 minə yaxındır.

Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək bu xidmətə müraciət edənlərin sayı 20 minə yaxın olub. Cari il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, 70 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - Forma-1-in alınmasına aiddir. Qeyd edilməlidir ki, innovativ yenilik olan “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətdən istifadə edənlərin sayı artır.

Kalkulyator vasitəsilə vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Əmlakın qeydiyyatı kalkulyatorundan istifadə edənlərin sayı 39 minə yaxındır.

Komitə çıxarış və arxivləri də elektronlaşdırıb

Bundan başqa yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sferasını artırararaq çıxarış və arxivləri elektronlaşdırıb. Bu yeniliyə əsasən əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub. Vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilir.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını artıraraq özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı da istifadəyə verib. İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq tətbiq olunan sistem dövlətə məxsus daşınar əmlakın özəlləşdirilməsini həyata keçirir.

 5 ildə 17 mindən çox müraciət qəbul edilib

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə son 5 ildə 17 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir. Belə ki, müraciətlərin böyük əksəriyyəti bu elektron xidmətin payına düşür.

Eyni zamanda, komitə tərəfindən səhmdar cəmiyyətlərin, orta və kiçik müəssisələrin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üçün keçirilən hərraclarda iştirak üçün sənəd qəbulu elektron xidmət vasitəsilə aparılır. Belə xidmətlər sırasında nəqliyyat vasitələri barədə keçirilən hərraclar üçün elektron sifarişlərin sayı digər xidmətlərin statistikası ilə müqayisədə daha üstündür.

 Elektron xidmətlər, eyni zamanda, SMS vasitəsilə ilə də göstərilir

Komitə istifadəyə verdiyi 32 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb

Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb.

Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir. Bununla da, vətəndaşların notariusdakı alqı-satqı əməliyyatından sonra yenidən ərazi qeydiyyat idarəsinə getmək proseduru aradan qalxıb.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015

Komitənin rəsmi saytı yeniləndi

11-01-2018

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017

Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

10-08-2016

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018

Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tam elektronlaşıb

07-09-2015

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə